SON XƏBƏRLƏR

Kazanda Ümumdünya Tatar Gəncləri Forumu keçiriləcək

2021.10.20, 07:36
Kazanda Ümumdünya Tatar Gəncləri Forumu keçiriləcək

Gunaz.tv
Kazanda Ümumdünya Tatar Gəncləri Forumu keçiriləcək Avqustun 26-da Tatarıstanın paytaxtı Kazanda III Ümumdünya Tatar Gəncləri Forumu keçiriləcək. Forumda dünyanın 37 ölkəsindən, o cümlədən Rusiyanın 50 regionundan 500-dən artıq nümayəndə iştirak edəcək. Tədbirdə ümumdünya tatar gəncləri qarşısında duran əsas vəzifələr, onların ana vətənlə daha sıx əlaqələrinin təmin edilməsi, yaşadıqları xarici ölkələrdə tatar dilinin qorunub saxlanılması, onun yetişməkdə olan gənc nəslə öyrədilməsi, xaricdə yaşayan tatarların lobbi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə ediləcək. Forumun işində Tatarıstan Prezidenti Mintimer Şaymiyevin və digər rəsmi şəxslərin, respublika ictimaiyyəti nümayəndələrinin də iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, Ümumdünya Tatar Gəncləri Forumu hər iki ildən bir, Ümumdünya Tatar Konqresi İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən keçirilir. Bu il keçiriləcək Ümumdünya Tatar Gəncləri Forumunun iştirakçıları həmçinin ölkənin müxtəlif şəhərlərinə gedərək, orada yerli əhali ilə görüşəcək və onların həyatları ilə yaxından tanış olacaqlar. Bu da xaricdə yaşayan tatar gənclərə Tatarıstanı daha yaxından tanımağa imkan verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar