SON XƏBƏRLƏR

Abbas Lisani barəsində beynəlxalq kampaniya

2021.10.20, 07:36
Abbas Lisani barəsində beynəlxalq kampaniya

Gunaz.tv
Abbas Lisani barəsində beynəlxalq kampaniya lisani.jpg "Amnesty İnternational" soydaşımızın taleyindən narahatdır "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) Azərbaycan türklərinin hüquqları uğrunda mübarizə apardığına görə həbs olunmuş Abbas Lisani barəsində təcili kampaniya başladıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, milli fəal 2006-cı ilin mayında "İran" qəzetində Azərbaycan türklərini təhqir edən karikaturanın yayımlanmasından sonra Ərdəbil şəhərində düzənlənmiş etiraz aksiyasında iştirak etdiyinə görə saxlanılaraq, həmin ilin oktyabrında 18 ay həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib. Ancaq Ərdəbildən 112 km məsafədə yerləşən Əhər şəhərindəki həbsxanada saxlanılan Abbas Lisaniyə qarşı məhbəs məmurları şallaq cəzasını yerinə yetirməkdən boyun qaçırıblar. Turqut Nəticədə tanınmış hərəkatçı Azərbaycan türklərinin çox az yaşadığı və doğma yurdundan 2000 km aralıda yerləşən Yəzd bölgəsindəki həbsxanaya köçürülüb. Bundan əlavə, Abbas Lisani 2003-cü ildə Bəzz qalasına yürüşə qatıldığına görə 2006-cı ilin avqustunda daha bir il həbs cəzasına məhkum edilib. Yəzd həbsxanasına köçürülməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan tanınmış hərəkatçı buraya sadəcə şallaq cəzasının həyata keçirilməsi üçün gətirilmədiyini, bunun yaxın çevrəsi və ailəsilə sıx-sıx görüşmək imkanının əngəllənməsi məqsədi daşıdığını bildirib. O, 2008-ci il fevralın 14-də telefon danışığı zamanı ona işgəncə verildiyini söyləyərkən bağlantı kəsilib. Sonda beynəlxalq təşkilat dünya ictimaiyyətinə müraciət edərək kampaniyanı mütəşəkkil aparmaq üçün məlumatı ingilis, fars, ərəb, fransız və digər dillərə çevirməsini və İranın səlahiyyət şəxslərinin ünvanlarına göndərməsini xahiş edir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar