SON XƏBƏRLƏR

ERMƏNİLƏR 500 HEKTAR MEŞƏ ƏRAZİSİNİ YANDIRIBLAR

2021.10.20, 07:36
ERMƏNİLƏR 500 HEKTAR MEŞƏ ƏRAZİSİNİ YANDIRIBLAR

Gunaz.tv
ERMƏNİLƏR 500 HEKTAR MEŞƏ ƏRAZİSİNİ YANDIRIBLAR İşğalçıların dağıdıcı tədbirləri davam edir C.MƏZAHİROĞLU Azərbaycanın Füzuli rayonunu işğal etmiş ermənilər ötən 15 il ərzində həmin rayonun Ərgünəş meşəsində 500 hektar ərazini yandırıblar. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu faktı "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz" işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması ilə bağlı apardığı araşdırmalar zamanı aşkarlayıb. Mərkəzin əldə etdiyi digər məlumatlara görə, geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağaclar, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. Eyni zamanda ermənilər tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun Araz çayı vadisindəki bütün ağaclar yandırılıb, çoxyaşlı, iri diametrli qoz ağacları isə material kimi doğranaraq, müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır. Nazirlikdən bildirilib ki, ermənilər Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələrini dağıdıblar. Erməni işğalçılar Karxulu kəndindəki yaşıllıqları da tamamilə məhv ediblər. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar