SON XƏBƏRLƏR

Almaniyada türk ailəsi evlə birgə yandı

2021.10.20, 07:36
Almaniyada türk ailəsi evlə birgə yandı

Gunaz.tv
Almaniyada türk ailəsi evlə birgə yandı Almaniyanın Siegen şəhərində türklərin yaşadığı evdə yanğın baş verib. APA-nın məlumatına görə, nəticədə evdə 2 yaşlı Qayə və 4 yaşlı Əmrə adlı qardaş-bacı tüstüdən zəhərlənərək həlak olublar. Uşaqların anası, 30 yaşlı Lətifə Akyüz və onun daha bir qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Ev sahibi Əlirza Akyüz isə xəbəri aldıqdan sonra şoka girib. Hazırda ona psixoloji yardım göstərilir. -------------------------------------------------------------------- 55 nəfəri Ben Ladenin təşkilatı öldürüb “Əl-Qaidə” Əlcəzairdə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb Əlcəzairdə törədilən terror aktına görə məsuliyyəti “Əl-Qaidə”nin Şimali Afrika qanadı öz üzərinə götürüb. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu bəyanatla “İslam Məğribində Əl-Qaidə” terror təşkilatının nümayəndəsi Salah Əbu Məhəmməd çıxış edib. Qeyd edək ki, avqustun 20-də Buyra və İsser şəhərlərində törədilən terror aktlarında ən az 55 nəfər ölüb, yüzdən artıq şəxs yaralanıb. Terror aktını törədən təşkilat öz əməlini Qərbpərəst hakimiyyət orqanlarından qisas almaq istəyi ilə əlaqələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar