SON XƏBƏRLƏR

Amerikanlar Polşada Ruslara sataşıblar

2021.10.20, 07:36
Amerikanlar Polşada Ruslara sataşıblar

Gunaz.tv
Amerikanlar Polşada Ruslara sataşıblar Kondaliza Rays RƏM müqaviləsini gürcü çaxırı ilə qeyd edib ABŞ və Polşa nümayəndələri Amerikanın RƏM sisteminin komponentlərininin Polşa ərazisində yerləşdirilməsi müqaviləsini gürcü çaxırı içərək qeyd ediblər. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Dziennik” qəzeti yazıb. Dövlət katibi Kondoliza Raysın və xarici işlər naziri Radoslav Sikorskinin də iştirak etdiyi naharda süfrəyə 2005-ci ildə istehsal olunan “Kindzmarauli” çaxırı verilib. Polşa tərəfi iddia edir ki, süfrəyə bu çaxırı verməklə Rusiyaya sataşmaq məqsədi güdülməyib. Sadəcə olaraq, Raysın indiyə qədər gürcü çaxırı içmədiyi barədə sözləri polşalı nazirin süfrəyə “Kindzmarauli” sifariş etməsinə səbəb olub. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar