SON XƏBƏRLƏR

Azərbaycanın işğal altındakı ərazilərində yanğınlar davam edir

2021.10.20, 07:36
Azərbaycanın işğal altındakı ərazilərində yanğınlar davam edir

Gunaz.tv
yangin4.jpg Azərbaycanın işğal altındakı ərazilərində yanğınlar davam edir. Erməni Silahlı Qüvvələri Azərbaycanın işğal altındakı ərazilərində yanğınlar törətməyə davam edir. Məlumata görə, erməni hərbçilər bir neçə gün əvvəl Qazax rayonunun işğal altındakı Qızıl Hacılı kəndinin ərazilərinə od vurublar. Yanğının miqyası böyüyərək Məzəm kəndindəki otlaq sahələrinə də keçib. Məzəm kənd sakinləri bir neçə gündə 100 hektara yaxın ərazi yanıb. Yanğın zamanı tez-tez partlayış səsləri də eşidilir. Dünənsə erməni hərbçilər Ağdam rayonunun işğal altındakı Baş Qərvənd kəndinin ərazisinə od vurublar. Yanğının miqyası böyüyərək Güllücə və Papravənd kəndlərinə keçib. Cəbhəyanı kəndlərdən və Bərdə rayonu ərazisindən yanğın nəticəsində yaranan qatı duman aydın görülür. Ermənilər daha sonra rayonun işğal altında olan Tağıbəyli, Suma və İlxıçılar kəndlərinə də od vurublar. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar