SON XƏBƏRLƏR

Kiyevdən Moskvaya ayıldıcı mesaj_2017-ci ildə Ukrayna ərazisində Rusiya donanması olmayacaq

2021.10.20, 07:36
Kiyevdən Moskvaya ayıldıcı mesaj_2017-ci ildə Ukrayna ərazisində Rusiya donanması olmayacaq

Gunaz.tv
Kiyevdən Moskvaya ayıldıcı mesay "2017-ci ildə Ukrayna ərazisində Rusiya donanması olmayacaq" Rusiya bildirib ki, Amerikanın Polşa ərazisində Raketdən Müdafiə Sistemi quraşdırması Avropada və ondan kənarda yeni silah yarışına start verir. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Polşada yaradılan bu sistemin yeganə hədəfi Rusiyanın qitədaxili ballistik raketləridir. Xarici siyasət idarəsi təfərrüatlara varmadan xəbərdar edib ki, Moskva bu hərəkətin cavabını diplomatik etirazlardan daha artığı ilə verəcək. Xatırladaq ki, Amerika Polşada yaratdığı sistemin Rusiyaya deyil, əsasən İrana qarşı olduğunu bildirir. Bu arada isə Rusiya növbəti zərbəni Ukraynadan alıb. Xarici işlər naziri Vladimir Oqrızko Moskvaya Qara dəniz donanmasını Sevastopoldan çıxarmağa başlamağı məsləhət görüb. "İzvestiya" qəzetinin verdiyi məlumata görə, Oqrızko Rusiyanın bu məsələdə gecikdiyini vurğulayıb. Xarici işlər naziri Rusiya donanmasının vaxtından əvvəl çıxarılması ilə bağlı Ukraynanın heç bir planının olmadığını vurğulayıb: "Ukrayna etibarlı tərəfdaşdır. Razılaşmada qeyd olunan bütün öhdəlikləri yerinə yetirəcəyik. Amma indi biz başqa bir məsələ barəsində danışırıq. Rusiya donanmasının 2017-ci ildə çıxarılmasına indidən başlamalıdır. Belə işlər bir gündə həll olunmur". Oqrızko Moskvaya donanmanın çıxarılması üsullarını təklif etdiklərini, lakin hələlik heç bir cavab almadıqlarını vurğulayıb: "Biz bu mövzuda danışmaq belə istəməyən Rusiyanın mövqeyini başa düşmürük. Söhbət ciddi məsələdən gedir. Ən azı 10-12 min hərbçini, döyüş sürsatını, əmlakı çıxarmaq lazımdır. Amma əmin edirəm ki, bütün hallarda 2017-ci ildə Ukrayna ərazisində Rusiya donanması olmayacaq". Xarici işlər naziri iki ölkə arasında beynəlxalq hüquq normaları əsasında münasibət qurulduğunu bildirib: "Mənə qardaşlıq münasibətləri barədə danışanda bunun nə demək olduğu üzərində düşünürəm. Beynəlxalq hüquqda belə bir bənd yoxdur. Bizim əlimizdə BMT nizamnaməsi, Rusiya ilə dostluq, tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə, Qara dəniz donanması barədə razılaşmalar var. Ukrayna artıq Rusiya ilə qardaşlıq barədə danışmayaraq Qərbə doğru üz tutub. Bizim seçim hüququmuz var. Və əgər biz seçim etmişiksə, heç bir dövlət, o cümlədən Rusiya bizim qərarımıza təsir edə bilməz. Əgər Moskva bütün dünyanın belə qaydalarla yaşadığını indiyə qədər də başa düşməyibsə, bu onların öz problemidir". kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar