SON XƏBƏRLƏR

Amerikalı senator Rusiyanın Azərbaycan planınıı açıqladı

2021.10.20, 07:36
Amerikalı senator Rusiyanın Azərbaycan planınıı açıqladı

Gunaz.tv
Amerikalı senator Rusiyanın Azərbaycan planınıı açıqladı lindseygraham.jpg Lindsey Qraham: “Moskva Bakı neftinə nəzarəti ələ keçirmək istəyir” Amerikalı senator Lindsey Qraham Rusiyanın Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedən boru kəmərlərinə nəzarəti ələ keçirmək istədiyini bildirib. Lent.az-ın Amerika KİV-nə istinadən verdiyi məlumata görə, Qraham Qərb ölkələrini Rusiyanın təcavüzünün qarşısını almağa çağırıb. Senator qeyd edib ki, Rusiya qonşusu olan demokratik dövlətləri hədələyir: «Gürcüstan münaqişəsi də ərazi münaqişələri ilə bağlı deyil. Bu, Rusiyanın demokratik dövlətlərə əsas qüvvə olmasını göstərmək istəyi ilə əlaqədardır. Aydındır ki, bütün provakasiyaların arxasında Moskva dayanır. O, qonşu dövlətlərdə alov yandırmaq istəyir». Lindsey Qraham NATO-nu «Brüsseldə müharibə oyunlarını» dayandırmağa və alyans üzvlərini müdafiə etmək qabiliyyətini nümayiş etdirmək üçün Avropada hərbi təlimlərə başlamağa çağırıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar