SON XƏBƏRLƏR

İran qadınları "Ailəni himayə layihəsi"nin qəbulunu istəmir

2021.10.20, 07:36
İran qadınları "Ailəni himayə layihəsi"nin qəbulunu istəmir

Gunaz.tv
İran qadınları "Ailəni himayə layihəsi"nin qəbulunu istəmir Onlar çoxarvadlılığı və siğəni asanlaşdıran layihəni qadınlara təhqir kimi qimətləndirirlər Turqut Qadın hüquqlarını qoruyan 2200 fəal İran parlamentində qəbulu gözlənilən "Ailəni himayə layihəsi"nə qarşı çağırış imzalayıb. Qadın fəalları layihəni qadınlara təhqir kimi qimətləndirərək onun qəbul olunmasını önləməyə çalışırlar. Çünki "Ailəni himayə layihəsi"ndə çoxarvadlılıq asanlaşdırılır. Belə ki, maddi imkanı olan kişilər istədikləri vaxt birinci arvadlarından icazə almadan yenidən evlənə bilər. Bundan başqa, layihədə siğənin də asanlaşdırılması üçün müəyyən tədbirlər görülüb. Artıq bundan sonra kişi hər hansı bir rəsmi qeydiyyata ehtiyac olmadan istədiyi qədər qadını siğə edə bilər. Hökumət bu layihənin ailəni möhkəmləndirəcəyi qənaətində olsa da, qadın hüquqları uğrunda fəaliyyət aparan fəallar onu "Ailəyə zidd layihə" sayır və İran qadınlarına ən böyük təhqir kimi hesab edirlər. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar