SON XƏBƏRLƏR

Hərbçilərimiz Pakistan və Türkiyədə kurs keçəcəklər

2021.10.20, 07:36
Hərbçilərimiz Pakistan və Türkiyədə kurs keçəcəklər

Gunaz.tv
Hərbçilərimiz Pakistan və Türkiyədə kurs keçəcəklər Azərbaycan ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, hərbçilərimiz avqustun 25-dən sentyabrın 20-dək Pişavar şəhərində keçiriləcək təməl hava desant kursunda iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir. Bundan başqa, Azərbaycan ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Silahlı Qüvvələrimizin nümayəndələri avqustun 25-dən 31-dək Ankarada uçuş fəaliyyətinin planlaşdırılması və icrası mövzusunda təcrübə mübadiləsi keçəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar