SON XƏBƏRLƏR

İranın olimpiadada uğursuzluğu ciddi narahatlıq yaradıb

2021.10.20, 07:36
İranın olimpiadada uğursuzluğu ciddi narahatlıq yaradıb

Gunaz.tv
İranın olimpiadada uğursuzluğu ciddi narahatlıq yaradıb Deputatlar səlahiyyətli qurumlardan izahat tələb edir Turqut İranın Pekin olimpiadasına göndərdiyi idmançıların ardıcıl uğursuzluğu ölkədə ciddi narahatlığa səbəb olub. Avqustun 8-dən 22-nə kimi rəsmi Tehran yalnız güləşdə bir bürünc medal ala bilib. Özü də İran güləşçisi azərbaycanlı Hamiq Sevdimov üzərində qələbə qazanmaqla buna nail olub. İran Milli Olimpiya Komitəsinin prezidenti Əli Kəffaşiyan jurnalistlərə açıqlamasında Pekindəki uğursuzluğu "Böyük və pis məğlubiyyət" adlandıraraq idmançıların olimpiadaya hazırlanmasına böyük vəsait sərf olunduğunu vurğulayıb: "Biz idmançıları hazırlamaq üçün 8 milyard tümən məbləğində pul xərcləmişik". Əli Kəffaşian Pekində qazanılması nəzərdə tutulan medallarla bağlı bütün ümid və proqnozların alt-üst olduğunu da deyib: "Biz proqnoz vermişdik ki, cüdo və digər bir neçə növdə ən azı 3-4 medal qazanacağıq. Lakin idmançılarımız gözlənildiyi kimi çıxış edə bilmədilər və proqnozlarımız doğrulmadı". İran idmançılarının məğlubiyyətlərindən ciddi narahatlıq keçirən İran parlamentinin bir sıra deputatları da ölkənin idman sahəsindəki rəsmilərinin cavabdeh olduqlarını bildirərək izahat vermələrini tələb ediblər. Xatırladaq ki, İran XXIX Yay Pekin Olimpiya Oyunlarına 3 qadın olmaqla 53 idmançıyla qatılmışdı. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar