SON XƏBƏRLƏR

Qara dənizdə NATO-Rusiya hərbi qarşıdurması başlayır

2021.10.20, 07:36
Qara dənizdə NATO-Rusiya hərbi qarşıdurması başlayır

Gunaz.tv
Qara dənizdə NATO-Rusiya hərbi qarşıdurması başlayır natogemisigurcustanda.jpg Şimali Atlantika bloku Gürcüstan sahillərinə raket freqatları göndərdi NATO Gürcüstana yardım üçün Qara dənizə hərbi gəmilər göndərməkdə davam edir. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qara dəniz akvatoriyasına NATO-nun daha iki gəmisi daxil olub. Türkiyə hərbi dairələrindəki mənbə NATO-nun iki freqatının Bosfor boğazını keçərək Qara dənizə çıxdığını vurğulayıb. Bunlar Almaniyanın “Lübek” və İspaniyanın “Admiral Xuan de Borbon” hərbi gəmiləridir: “Həmin gəmilər yaxın günlərdə sayı artırılacaq NATO gəmiləri qruplaşmasına daxildirlər”. Mənbə NATO gəmiləri qruplaşmasına 7 gəminin daxil olacağını vurğulayıb: “Bunlar əsasən raket freqatlarıdır. Qruplaşma Qara dənizin qərb sahilində yaxın bir neçə gün ərzində formalaşdırılacaq”. Qruplaşmanın formalaşdırılması üçün Bolqarıstan və Rumıniya gəmilərindən də istifadə olunacaq. Bundan əlavə, əməliyyata Ukrayna hərbi gəmilərinin də cəlb ediləcəyi istisna deyil. Rusiya Silahlı Qüvvələri Baş Qərargahı isə Qara dənizə NATO gəmilərinin daxil olmasına etirazını bildirib. Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın bu addımın vəziyyətin gərginləşməsinə gətirib çıxara biləcəyini vurğulayıb: “Gəmilərin Qara dənizə daxil olmasının vəziyyəti stabilləşdirəcəyini düşünmürəm. Çünki hazırda vəziyyət nəzarət altındadır. Ən azı Rusiyanın Qara dəniz donanmasının nəzarəti altındadır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar