SON XƏBƏRLƏR

Gürcüstan Cənubi Osetiya səhvini etiraf etdi

2021.10.20, 07:36
Gürcüstan Cənubi Osetiya səhvini etiraf etdi

Gunaz.tv
Gürcüstan Cənubi Osetiya səhvini etiraf etdi gurcustantanklari.jpg Rəsmi Tiflis Cənubi Osetiyada hərbi əməliyyata başlamaqla səhv etdiyini etiraf edib. Lent.az-ın “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, müdafiə nazirinin müavini Batu Kuteliya Rusiyanın Gürcüstanın Cənubi Osetiya əməliyyatına cavab verərək dərhal qoşunlarını ölkə ərazisinə yeridəcəyini gözləmədiklərini və buna hazır olmadıqlarını vurğulayıb. Kuteliyanın sözlərinə görə, Tiflis kifayət qədər tank və hava hücumundan müdafiə vasitələrinə malik olmadan Sxinvalini ələ keçirmək qərarına gəlib: “Əfsuslar olsun ki, biz bu aspektə çox az diqqət yetirmişik. Biz hadisələrin belə bir inkişafına hazırlaşmırdıq. Mən BMT Təhlükəsizlik Şurasının və ATƏT-in üzvü olan Rusiyanın belə reaksiyasını gözləmirdim”. Müdafiə nazirinin müavini qeyd edib ki, Rusiyanın əməliyyatı nəticəsində Gürcüstanın hərbi infrastrukturuna ciddi ziyan dəyib və onu bərpa etmək, gürcü qoşunlarının döyüş hazırlığını yüksəltmək üçün ciddi xarici dəstək tələb olunur. Rusiyanın müdaxiləsi ilə bağlı təəccübünü Gürcüstan parlamentinin Avropa ilə inteqrasiya məsələləri üzrə komitəsinin sədri David Darçiaşvili də bildirib: “Heç kim Rusiyanın ordusunu səfərbər edərək Gürcüstana müdaxilə edəcəyini gözləmirdi”. O, yaradılması üçün 2 milyard dollar sərf olunan, amerikalı təlimatçılar cəlb edilən, Varşava müqaviləsi dövrünün köhnə silahları ilə silahlanan 20 minlik Gürcüstan ordusunun Rusiya kimi böyük dövlətlə deyil, separatçılarla müharibəyə hazır olduğunu vurğulayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar