SON XƏBƏRLƏR

Corc Buş Rusiyanı işğalçı adlandırdı

2021.10.20, 07:36
Corc Buş Rusiyanı işğalçı adlandırdı

Gunaz.tv
Corc Buş Rusiyanı işğalçı adlandırdı bush.jpg "Birləşmiş Ştatlar Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gəlməməsi üçün müttəfiqlərilə birlikdə səylərini əsirgəməyəcək" "Cənubi Osetiya və Abxaziya Gürcüstanın bir parçasıdır". Bunu ABŞ prezidenti Corc Buş Florida ştatında müharibə veteranlarının beynəlxalq konqresində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gəlməməsi üçün müttəfiqlərilə birlikdə səylərini əsirgəməyəcək: "Biz Gürcüstandakı demokratik prosesləri dəstəkləyirik. ABŞ ordusu gürcü xalqına yardımlarını davam etdirəcək. Eyni zamanda müttəfiqlərimiz də gənc demokratları dəstəkləyəcək. Biz demokratik islahatlar həyata keçirən cəsur insanların yanındayıq. Gürcüstan xalqı tarixin ən ümidverici hissələrindən birini 2003-cü ildə "Qızılgül" inqilabıyla yazdı". Turqut Corc Buş bildirib ki, 11 sentyabr hadisələrindən sonra dünyada demokratlarla tiranlar arasında böyük bir ideoloji müharibə başlayıb: "Gürcüstan xalqı öz seçimilə demokratik bir hakimiyyətin qurulmasına rəvac verib. Demokratiyanın qiymətini bildikləri üçün Əfqanıstan və İraqa sülhməramlı qüvvələr göndəriblər. Gürcüstan dünyaya demokratiya tərəfdarı olduğunu göstərdi. İndi dünya Gürcüstanın yanında olmalıdır. Təxminən iki həftədir dünya Gürcüstanın təhlükə altında olduğunu görür. Rusiya Cənubi Osetiya və Abxaziyadakı toqquşmalara həddindən artıq reaksiya verərək Gürcüstanı işğal etdi. Bütün dünya bunu qınamaq üçün birləşib və NATO da Rusiya ilə münasibətlərini əvvəlki qaydada davam etdirməyəcəyini bəyanlayıb. Bu arada Ağ Ev sözçüsü Cordon Johndroe jurnalistlərə açıqlamasında rus hərbçilərinin Gürcüstanı yavaş-yavaş tərk etdiklərini və bunun daha da sürətləndirilməsinin vacib olduğunu bildirib. Bundan əlavə, bölgədəki mətbuat nümayəndələri Gürcüstandakı iki rus zirehli birləşməsinin daha sonra Rusiyaya dönmək üçün Cənubi Osetiyanın mərkəzi Sxinvali istiqamətində hərəkət etdiyini xəbər veriblər. Jurnalistlər hər birləşmədə 5 zirehli texnika və 4 əsgər daşıyan avtomovilin olduğunu bildiriblər. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar