SON XƏBƏRLƏR

TERROR?

2021.10.20, 07:36
TERROR?

Gunaz.tv
TERROR? Avqustun 22-si günorta saatlarında Xətai rayonu Məzahir Rüstəmov küçəsi, 3-də yerləşən yarımstansiyada partlayış baş verib. Rayon polisindən verilən məlumata görə, iki nəfər (Kamal Bayramov və Elmar İsmayılov) həlak olub, daha iki nəfər (Cəsur Məmmədov və Pərviz Seyidov) isə yaralanıb. Partlayışa qumbara və ya partlayıcı maddə səbəb ola bilər. Bu barədə «Turan» agentliyinə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən bəlli olub. Bəzi mütəxəssislər bunun partlayıcı qurğu olduğunu ehtimal edirlər. Şahidlər iddia edirlər ki, partlayışdan sonra qara tüstü yayılıb. Qumbara partlayışı zamanı belə olmur. Son nəticə ekspertiza başa çatdıqdan sonra çıxarılacaq. Xəsarət alanların yaraları qəlpə xarakterlidir. DİN, Prokurorluq və MTN hələlik istintaq sirrinə istinad edərək şərh vermirlər. Partlayış yeri mühasirəyə alınıb və jurnalistləri ora buraxmırlar. Agentlik Xətai rayonunda terror aktı baş verdiyini istisna etmir. «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətindəki (ASC) mənbə «Turan»a deyib ki, partlayış işçilərin yeni transformator quraşdırmaq istədiyi zaman, onlar yarımstansiyanın qapısını açanda baş verib. ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də partlayışın səbəblərini şərh etməkdən yayınıb. O deyib ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir və onlar partlayışın səbəbləri barədə açıqlama verəcəklər. Xətai rayon prokurorunun müavini Fəqan Mahmudovun «ANS Press»ə verdiyi məlumata görə, partlayıcı qurğunun növünü müəyyənləşdirmək üçün hazırda ekspertiza təyin edilib Rayon prokurorluğunun müstəntiqi Elçin Musayev «Trend»ə hadisənin Əbu-Bəkr məscidində baş vermiş partlayışla əlaqəli olması versiyasını nə təsdiq, nə də təkzib edib. Bakı Şəhər Prokurorluğundan isə cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin apardığı bildirilib. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar