SON XƏBƏRLƏR

Rusiya NATO ilə hərbi əlaqələrini kəsir

2021.10.20, 07:36
Rusiya NATO ilə hərbi əlaqələrini kəsir

Gunaz.tv
Rusiya NATO ilə hərbi əlaqələrini kəsir 20080814161928lavrov_teaser.jpg "NATO-nun Əfqanıstanda Rusiyanın köməyinə ehtiyacı var". Rusiya NATO ilə hərbi əməkdaşlıq əlaqələrini kəsmək barədə qərar verib. Bu, Moskvanın Gürcüstandakı hərbi əməliyyatlarına Qərbin verdiyi cavaba reaksiya kimi başa düşülür. NATO bir neçə gün əvvəl Rusiyanı xəbərdar edib ki, Moskva ilə Alyansın gələcək əlaqələri rusların öz qoşunalırını Gürcüstandan çəkməsindən asılı olacaq. Xatırladım ki, Rusiyadan öz qoşunlarını bu münaqişə başlamazdan öncə olduğu mövqelərə çəkməsi tələb olunur. Amma NATO üçün hansı daha önəmlidir, Gürcüstanı müdafiə etmək, yoxsa Rusiya ilə tərəfdaşlığı inkişaf etdirmək? Bu sualı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. O deyib ki, Rusiyanın NATO ilə münasibətləri gərginləşdirmək niyyəti yoxdur. Rusiyanın NATO ilə əlaqəni kəsmək barədə bəyanatının praktiki nəticələri nə ola bilər, bu tam aydın deyil. Amma Sergey Lavrov, deyib ki, NATO-nun Əfqanıstanda Rusiyanın köməyinə ehtiyacı var. BBC-nin diplomatik məsələlər üzrə müxbiri Conatan Markus deyir ki, bu sözlər ilin əvvəlində imzalanmış və NATO əməliyyatları üçün qeyri-hərbi yüklərin Rusiya vasitəsilə Əfqanıstana daşınmasını mümkün edən razılaşmaya işarədir. NATO Rusiyanın bu qərarına dərhal reaksiya verməyib. Alyansın sözçüsü sadəcə deyib ki, NATO Rusiyanın qərarından xəbərdardır. Amerika Birləşmiş Ştatları isə bu qərarın yersiz olduğunu bildirib NATO Rusiyadan əvvəl Moskva ilə yüksək səviyyəli əlaqələri dayandırıb və plnalaşdırılan bəzi hərbi təlimlər artıq ləğv edilib. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar