SON XƏBƏRLƏR

Ermənilər Cəbrayılın qoz ağaclarını xaricə satırlar

2021.10.20, 07:36
Ermənilər Cəbrayılın qoz ağaclarını xaricə satırlar

Gunaz.tv
Ermənilər Cəbrayılın qoz ağaclarını xaricə satırlar Ermənilər tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun Araz çayı vadisindəki bütün ağaclar yandırılıb, çoxyaşlı iri diametrli qoz ağacları isə material kimi doğranaraq, müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ermənilər Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətlər , özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələrini dağıdıblar. Erməni işğalçıları Karxulu kəndindəki yaşıllıqları da tamamilə məhv ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar