SON XƏBƏRLƏR

Rusiya qoşunlarını çıxardığını deyir. ABŞ şübhə edir

2021.10.20, 07:36
Rusiya qoşunlarını çıxardığını deyir. ABŞ şübhə edir

Gunaz.tv
Rusiya qoşunlarını çıxardığını deyir. ABŞ şübhə edir Gürcüstan: Rusiya hərbçiləri Senaki və Poti şəhərlərində qalır 4a1d62da-1291-46b7-9058-db9b715e1814_w203_s.jpg Rusiya Gürcüstandan qoşunlarını tam çıxardığını bəyan edir. Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov avqustun 22-də bununla bağlı prezident Dmitri Medvedevə məruzə edib. Bundan əvvəl Serdyukov demişdi ki, Gürcüstanda yalnız Rusiya sülhməramlıları qalacaq və onlar münaqişə rayonuna bitişik kiçik təhlükəsizlik zonalarında blokpostlarda yerləşəcəklər. Gürcüstan belə zonaların yaradılmasına etirazını bildirib. Eyni zamanda, Pentaqonun nümayəndəsi Brayan Uitman deyib ki, ABŞ-da Rusiya qoşunlarının Gürcüstan ərazisini tam tərk etmələri haqda dəqiq sübutlar yoxdur. Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili Rusiya hərbçilərinin ölkənin qərbindəki Senaki və Poti şəhərlərində qaldıqlarını bildirmişdi. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar