SON XƏBƏRLƏR

SƏRKİSYAN RUSLARIN HƏRƏKƏTLƏRİNDƏN MƏMNUNDUR

2021.10.20, 07:36
SƏRKİSYAN RUSLARIN HƏRƏKƏTLƏRİNDƏN MƏMNUNDUR

Gunaz.tv
SƏRKİSYAN RUSLARIN HƏRƏKƏTLƏRİNDƏN MƏMNUNDUR O, Azərbaycan hakimiyyətinin də “bostanına” daş atıb 4650.jpg Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına üzv dövlətlərin müdafiə nazirləri ilə görüşündə bəyanatla çıxış edib. (“Turan”) Sarkisyan deyib ki, Cənubi Osetiyada çoxsaylı qurbanlar verilməsinə gətirib çıxaran böhran Ermənistanı çox narahat edir. “Regionda humanitar qəza baş verib, onun nəticələrinin aradan qaldırılması üçün bütün səyləri birləşdirmək lazımdır”, - deyə o bildirib: “Cənubi Osetiyada faciəli hadisələr göstərir ki, regionda xalqların öz müqəddəratını həll etmək cəhdlərinə silahlı qarşıdurma cəhdləri ciddi hərbi və geosiyasi nəticələrə səbəb olur. Bu hadisələr həmçinin sübut edir ki, belə münaqişələr öz müqəddəratını həll etmək uğrunda mübarizə aparan xalqların iradəsini sərbəst bildirməsi ilə həll olunmalıdır, əks halda, etnik təmizləmələrin və beynəlxalq humanitar hüququn tapdanmasının şahidi olmağımız qaçılmazdır”. O qeyd edib ki, Ermənistan bir neçə dəfə regionun bəzi ölkələrinin öz hərbi potensialını artırmasının və münaqişələri güc yolu ilə həll etməyə çalışmasının təhlükəli olduğunu bildirib. “Əminəm ki, münaqişələrin hərb yolu ilə həlli və Cənubi Qafqazdakı hadisələr münaqişələrin güc yolu ilə çözümünü hələ də xəyal edənləri ayıldacaq”, - deyən Sərkisyan açıq-aşkar İlham Əliyevə işarə edib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar