SON XƏBƏRLƏR

ƏBÜLFƏZ ELÇİBƏYİN QIZI ÇİLƏNAY SƏMƏDBƏYLİ: «ƏSAS ODUR Kİ, XALQLA BİRGƏYİK»

2021.10.20, 07:36
ƏBÜLFƏZ ELÇİBƏYİN QIZI ÇİLƏNAY SƏMƏDBƏYLİ: «ƏSAS ODUR Kİ, XALQLA BİRGƏYİK»

Gunaz.tv
«Əbülfəz Elçibəyin demokratiya, insan haqları, söz azadlığı, Bütöv Azərbaycan ideyalarının həyata keçməsinə çox vaxt lazım olacaq. Ancaq mütləq bu ideyalar həyata keçəcək». «Turan»a müsahibəsində mərhum prezidentin qızı Çilənay Səmədbəyli belə deyib. Onun fikrincə, Ə.Elçibəyin prezidentliyi dövrü ilə müqayisədə hazırda Azərbaycanın dövlət siyasətində Bütöv Azərbaycan, demokratiya, insan azadlıqları ideyası qətl edilmiş kimidir: «İndi çox az insan bu cür duyğularla yaşayır. Vətəni azad etmək, Bütöv Azərbaycan duyğularını çox az adam dilə gətirir. Hər halda Bütöv Azərbaycan olacaq. İnsanlar nəhayətdə başa düşəcək ki, vətənimiz parçalanıb, millətimiz didərgindir. Bunun üçün, əlbəttə, mübarizə güclənəcək». Ç.Səmədbəyli Elçibəy ailəsinə xalqın yüksək məhəbbəti olduğunu deyib: «Elçibəy ailəsi xalqla həmişə iç-içə olub. Həmişə xalqla bir olmuşuq. İndi də belədir. Hökumətin münasibətini də hər kəs bilir. Ondan yaxşı münasibəti əvvəldən də gözləmirdik. Əsas odur ki, xalqla birgəyik». Bu gün1992-93-cü illərdə Azərbaycanın prezidenti olmuş milli azadlıq hərəkatının lideri Ə.Elçibəyin anım günüdür – onun ölümündən 8 il keçir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar