SON XƏBƏRLƏR

İRANDA ÇOXARVADLILIQ və SİĞƏ ASANLAŞDIRILIR

2021.10.20, 07:36
İRANDA ÇOXARVADLILIQ və SİĞƏ ASANLAŞDIRILIR

Gunaz.tv
İRANDA ÇOXARVADLILIQ və SİĞƏ ASANLAŞDIRILIR Qadın hüquqlarını qoruyan 2200 fəal İran parlamentində qəbulu gözlənilən «Ailəni himayə layihəsi»nə qarşı çağırış imzalayıb. Qadın fəalları layihəni qadınlara təhqir kimi qimətləndirərək onun qəbul olunmasını önləməyə çalışırlar. «Media forum» saytının məlumatına görə, «Ailəni himayə layihəsi»ndə çoxarvadlılıq asanlaşdırılır. Layihəyə əsasən, maddi imkanı olan kişilər istədikləri vaxt birinci arvadlarından icazə almadan yenidən evlənə bilər. Layihədə siğənin də asanlaşdırılması üçün müəyyən tədbirlər görülüb. Bundan sonra kişi hər hansı bir rəsmi qeydiyyata ehtiyac olmadan istədiyi qədər qadını siğə edə bilər. Hökumət bu layihənin ailəni möhkəmləndirəcəyi qənaətində olsa da, qadın hüquqları uğrunda fəaliyyət aparan fəallar onu «Ailəyə zidd layihə» sayır və İran qadınlarına ən böyük təhqir kimi hesab edirlər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar