SON XƏBƏRLƏR

İran rejimi Azərbaycan xalçalarını farslaşdırır

2021.10.20, 07:36
İran rejimi Azərbaycan xalçalarını farslaşdırır

Gunaz.tv
İran rejimi Azərbaycan xalçalarını farslaşdırır Turqut Güney Azərbaycanda soydaşlarımızın məşğuliyyət sahələrindən biri də xalçaçılıqdır. Ancaq son vaxtlar fars şovinist rejimi Təbriz, Ərdəbil, Qaradağ, Urmiya və digər şəhərlərdə toxunmuş xalçaların üzərindən "Təbriz", o cümlədən toxunduğu Azərbaycan şəhərlərinin adlarını pozduraraq, ora "İran" və "İsfahan" sözlərinin yazılmasına toxucuları və istehsalçıları məcbur edir. Hətta İran rejimi xalçaçıların əməyini daha da ucuzlaşdırmaq üçün bütün vasitələrə əl atmaqdadır. Xalçaçılıq səhmdar şirkətinin direktor müavini Mehran Müqəddəmfərd ölkədə əllə toxunan xalçaların dünya bazarına çıxarılmasında hələ də problemlər yarandığını deyir: "Mərkəzi Amerika və Cənubi Afrika dövlətləri perspektivdə həmin mal üçün bazar ola bilər. Sadəcə, bu sahədəki rəqib dövlətlər - Hindistan, Çin, Pakistanda xalçanın maya dəyəri aşağıdır, işçilər az əməkhaqqı alır, habelə onlar daha çox xalça istehsal edirlər. Ancaq İranda əllə toxunan xalçaların rəqib dövlətlərlə müqayisədə maya dəyərinin yuxarı olması bir sıra problemlər yaradır". Mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyaləti ticarətin inkişafı təşkilatının rəhbəri Cəfər Sadiq İsgəndəri isə yerli xalça emalatxanlarından birində bildirib ki, Güney Azərbaycanın bu bölgəsində xalçaçılıq əsas istehsal sahələrindən sayılır və bu sənət əyalətdəki 10 aparıcı sahədən biridir: "İldə Qərbi Azərbaycanda əllə 45 min kvadratmetr xalça toxunur və istehsal olunmuş bu malın böyük hissəsi xaricə, o cümlədən Almaniya, İngiltərə, Çin, Fransa və Yaponiyaya satılır. Bu, Qərbi Azərbaycan üçün hər il 42 milyon dollar həcmində maliyyə deməkdir. Əyalət üzrə bu sahədə 105 min nəfər çalışır, onların 35 mini evlərdə xalça toxuyan peşəkarlardır. Hətta Qərbi Azərbaycan əyalətinin böyük şəhərlərində "Xalça evi" açmağı da planlaşdırıram". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar