SON XƏBƏRLƏR

Anatoli Serdyukov: “Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması prosesi bu axşam tam başa çatacaq”

2021.10.20, 07:36
Anatoli Serdyukov: “Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması prosesi bu axşam tam başa çatacaq”

Gunaz.tv
Anatoli Serdyukov: “Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması prosesi bu axşam tam başa çatacaq” anatoliserdyukov.jpg Moskva-APA. Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması prosesi bu axşam tam şəkildə başa çatacaq. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov məlumat verib. Onun sözlərinə görə, qoşunların Cənubi Osetiya ərazisinə qayıtması prosesinə bu gün Bakı vaxtı ilə saat 07.00-dan start verilib: “Avqustun 22-də Gürcüstan ərazisində yalnız xüsusi təchiz olunmuş postlarda növbə çəkən Rusiya sülhməramlıları qalacaq. Təhlükəsizlik zolağından kənarda məhdud sayda sülhməramlı saxlayacağıq ki, bu da bəzi təhlükəsizlik amilləri ilə əlaqədardır”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar