SON XƏBƏRLƏR

İran ABŞ-dan buğda alacaq

2021.10.20, 07:36
İran ABŞ-dan buğda alacaq

Gunaz.tv
İran ABŞ-dan buğda alacaq Son 27 ildə İran ilk dəfə ABŞ-dan buğda alacaq. "Wall Street Journal"ın xəbərinə görə, İslam Respublikasını bu addıma sərt quraqlığın ölkəni taxıl məhsulunun əhəmiyyətli hissəsindən məhrum etməsi vadar edib. Xatırladaq ki, İranda İslam inqilabı baş verəndən Tehranla Vaşinqton arasında diplomatik münasibətlər kəsilib. ABŞ İrana qarşı ticari sanksiyalar tətbiq etsə də, bu, kənd təsərrüfatı məhsullarına şamil edilməyib. "Wall Street Journal" bildirir ki, buğda alışının həcmi ABŞ-ın ümumi taxıl ixracının 4 faizini təşkil edəcək. Qəzetin məlumatına görə, 2008-ci ildə ABŞ-ın buğda ixracı 27,2 milyon tondur. Qeyd edək ki, Amerika ən nəhəng taxıl ixracçısıdır. İkinci yerdə Avstraliyadır (17 milyon ton). Avropa Birliyi və Avstraliya hərəyə 15 milyon tonla sonrakı yerləri bölüşdürürlər. Dünya bazarlarına 13,5 milyon ton buğda çıxaran Rusiya 5-ci yerdədir. L.Hüseynova express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar