SON XƏBƏRLƏR

İRANDA OLİMPİADA ÜZÜNTÜSÜ

2021.10.20, 07:36
İRANDA OLİMPİADA ÜZÜNTÜSÜ

Gunaz.tv
İRANDA OLİMPİADA ÜZÜNTÜSÜ İranın Pekin olimpiadasına göndərdiyi idmançıların ardıcıl uğursuzluğu ölkədə ciddi narahatlığa səbəb olub. Avqustun 8-dən 22-nə kimi İran yalnız güləşdə bir bürünc medal ala bilib. «Media forum» saytının məlumatına görə, İran Milli Olimpiya Komitəsinin prezidenti Əli Kəffaşiyan jurnalistlərə açıqlamasında Pekindəki uğursuzluğu «Böyük və pis məğlubiyyət» adlandıraraq idmançıların Pekin olimpiadasına hazırlanmasına böyük vəsait getdiyini vurğulayıb: «Biz idmançıları hazırlamaq üçün 8 milyard tümən məbləğində pul xərcləmişik». Ə.Kəffaşiyan Pekində qazanılması nəzərdə tutulan medallarla bağlı bütün ümid və proqnozların alt-üst olduğunu deyib: «Biz proqnoz vermişdik ki, cüdo və digər bir neçə növdə ən azı 3-4 medal qazanacağıq. Lakin idmançılarımız gözlənildiyi kimi çıxış edə bilmədilər və proqnozlarımız doğrulmadı». İran idmançılarının məğlubiyytələrindən əndişələnən İslami Şura Məclisinin bir sıra deputatları da ölkənin idman sahəsindəki rəsmilərinin cavabdeh olduqlarını bildirərək izahat vermələrini tələb ediblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar