SON XƏBƏRLƏR

Millətçi gənclərin koalision təşkilatı yaradıldı

2021.10.20, 07:36
Millətçi gənclərin koalision təşkilatı yaradıldı

Gunaz.tv
Millətçi gənclərin koalision təşkilatı yaradıldı Türk Millətçi Gənclər Hərəkatına MQP funksioneri Rüfət Türkalp rəhbərlik edəcək 21 avqust tarixində dörd gənclər təşkilatının (“Müstəqil Azərbaycan Gəncliyi” İctmai Birliyi , “Bizim Azərbaycan” Gənclər Təşkilatı, Türk Millətçi Gənclər Təşkilatı və Milli Demokrat Gənclər Klubu) nümayəndələri bir araya gələrək, millətçi gəncləri öz ətrafında toplayaraq, cəmiyyətdə Türk milliyətçiliyinin möhkəmlənməsinə xidmət edəcək vahid cəbhə formalaşdırmaq məqsədilə Türk Millətçi Gənclər Hərəkatının yaradılması haqqında saziş imzaladılar. Ümumi razılığa əsasən TMGH-nın əksər koalision təşkilatlardan fərqli olaraq daha yaxşı təşkilatlanaraq strukturların vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün TMGH-də birləşən təşkilatlar saziş imzalandığı gündən öz fəaliyyətlərini donduraraq birləşmə qurultayına hazırlıq işlərini görməyi öz nümayəndələrinin təmsil olunduğu 11 nəfərdən ibarət Təşkilat Komitəsinə həvalə edirlər. Rüfət Türkalp TK-ya sədr, Barış Cavid, Vüsal Hacı, Cavid Xəzər, Elman Axıskalı, Emil Hüseyn, Orxan Aslan, Qoşqar Bədirxan, Emil Əhmədsoy,Nemət Dünyamalı, Vasif Namazlı TK üzvi seçildilər. Birləşmə qurultayına qədər TK tərəfindən yeni təşkilatın Nizamnamə, Məramnamə və digər atributları hazırlanacaq. Rüfət Türkalpın sözlərinə görə, birləşmə qurultayının dəqiq vaxtı müəyyənləşdirilməsə də , çox ehtimal ki, əksər TK üzvlərinin təklif etdiyi kimi, bu, prezident seçkilərindən sonra baş verə bilər: “Düşünürəm ki, o vaxta qədər biz sayt və xüsusi qəzet buraxılışı vasitəsilə başqa gənclərin də diqqətini TMGH-yə cəlb edəcək, rəhbərlikdə təmsil olunmağa layiq şəxsləri öz sıramıza qatacağıq . Biz əminik ki, əsaslı şəkildə təşkilatlanma işləri görüldükdən sonra TMGH-nin millətçi gənclərin mühüm güc mərkəzinə çevirəcəyik və milli bütövlüyümüzə barmaqarası baxan istənilən qüvvənin layiqli cavabını verməyə qadir olacağıq”. Qeyd edək ki, Rüfət Türkalp hal-hazırda həm də Milli Qurtuluş Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar