SON XƏBƏRLƏR

Prokurorluq: Azərbaycan paytaxtında baş verən partlayış qəsdən törədilib

2021.10.20, 07:36
Prokurorluq: Azərbaycan paytaxtında baş verən partlayış qəsdən törədilib

Gunaz.tv
Prokurorluq: Azərbaycan paytaxtında baş verən partlayış qəsdən törədilib Bakı. Məhbubə Qasımbəyli- APA. Bakının Xətai rayonu ərazisində baş verən partlayışın qəsdən törədildiyi təsdiq edilib. Xətai rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə qəsdən törədilib. Qeyd edək ki, bu gün saat 12.55 radələrində Xətai rayonunun Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb. Hadisə nəticəsində iki nəfər - transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılov həlak olub. Cəmiyyətin iki əməkdaşı isə yaralanıb. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar