SON XƏBƏRLƏR

DAK MƏTBUAT KONFRANSI KEÇİRDİ

2021.10.20, 07:36
DAK MƏTBUAT KONFRANSI KEÇİRDİ

Gunaz.tv
DAK MƏTBUAT KONFRANSI KEÇİRDİ mk-13-iki.jpg Dünən 21 avqust 2008-ci il tarixdə Dünya Azərbaycanlıları Konqresi Borçalıya və Dərbəndə səfərlə bağlı mətbuat konfransı keçirmişdir. Konfransı giriş sözü ilə açan DAK həmsədri prof.Paşa Qəlbinur Birlik qurultayından sonra görülən işlər barədə geniş məlumat vermişdir. DAK-ın Fəxri sədri prof.Q.S.Təbrizi Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza dövlət qayğısının vacib olduğuna diqqət yönəltmişdir. DAK İH üzvü prof. V.Sultanlı Borçalıda və Dərbənddə yaşayan soydaşlarımızın problemlərilə bağlı fikir və qənaətlərini bildirmişdir. DAK İH üzvü Mərdan Seyidli QHT-lərin üzərinə düşəcək işlər barədə və Mədəniyyət və Turizm Nazirliyinin Borçalı və Dərbənddəki tarixi və mədəni abidələrimizin tanıtdırılmağı üçün o bölgələrə turistlərin cəlb edilməsini zəruri olduğunu bildirdi. DAK İH üzvü rejissor Əmir Pəhləvan qonşu ölkələrdə yaşayan soydaşlarımızın taleyilə Azərbaycan dövləti ciddi maraqlanmalı və onların yaşadıqları ölkələrdə bütün hüquqlarının qorunmasında lazımi qədər şərait yaratmalıdır. Ona görə ki, 50 milyondan artıq Azərbaycan türkünün yeganə dövləti Müstəqil Azərbaycan Respublikasıdır. Harda yaşamağından asılı olmayaraq özünü Azərbaycanlı bilən soydaşımız Azərbaycan dövlətinin diqqqət mərkəzində olmalıdır. DAK İH üzvü Rusiya nümayəndəliyinin rəhbəri Məzahir Həsənli dünyaya səpələnmiş azərbaycanlıların problemlərini həddindən artıq olduğunu bildirərək onların həlli yollarında diaspora təşkilatlarının xüsusilə DAK-ın xarici ölkələrdəki nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Biz soydaşlarımızın problemləri ilə yaxından tanış olub, onların həlli üçün öz gücümüz çərçivəsində işlər aparmalı və Azərbaycan dövlətinin probeləmlərin həllində yardımçı olmağını tələb etməliyik. Xaricdə yaşayan soydaşlarımızı vətənpərvərlik, öz keçmşini və gələcəyini dərk etmək üçün səmərəli işlər aparılmalıdır. Tədbirin sonunda jurnalsitlərin suallarını DAK həmsədri prof. Paşa Qəlbinur və İdarə Heyətinin üzvləri cavablandıraraq bildirdilər ki, DAK bundan sonra da soydaşlarımızla hansı ölkədə yaşamasından asılı olmayaraq ardıcıl görüşlər keçirəcəyini planlaşdırıb. Yaxın gələcəkdə Kərkükdə, Ukraynada və yenidən Dərbənd və Borçalıda soydaşlarımızın problemlərinin həlli üçün səmərəli işlər görəcəyini özümüzə börc hesab edərək davam etdirəcəyik. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar