SON XƏBƏRLƏR

İraq-da durum gərginləşə bilir, Ayətullah Sistani ağır durumdadır

2021.10.20, 07:36
İraq-da durum gərginləşə bilir, Ayətullah Sistani ağır durumdadır

Gunaz.tv
İraq-da durum gərginləşə bilir, Ayətullah Sistani ağır durumdadır elisistani.jpg İraq-da güc paylaşımında böyük və önəmli məqam sahibi olan, İraq şiələrinin ona təqlid etdigi və Muqtada Əl-Sədr kimi genc fanatik şiə liderinin qabağında duran Seyyid Əli Sistani sağlığında sorun yaradılıb və ağır durumdadır. İran agentliklərinin yazdığı məlumatlara görə, cənab Sistani komadadır və onu mualicə etmək üçün İran adlanan ülkədən uzman doktorlar qurupu göndərilib. BayBak artırır ki cənab Sistani bir çoxlu faciələrin önün almaqda faydali rol oynayaraq, İraqda gedən savaşların bir az da olsa dayanmasına nədən olub. İrandan güc alan şiələrin başında olan cənab Sistani ilə ilgili bir çox iddialar olunub, ancaq İraqda olan və fanatikliklərilə tanənan Əl-Sədr qurupunun Mehdi əsgərlərinin önündə dayandığı üçün bir çoxlu uluslararasi yetkilinin nəzərin özünə cəlb etmişdir. Əgər Əli Sistani dünyasın dəiyşdirərsə, demək İraqda yenidən din savaşlari baş verəcək və şiələrin kontrolun almağa çalışan mollalar bir daha durumdan su-i-istifade etməgə qalxışacaqlar. Hələlik cənab Sistaninin yerinə kimin seçiləcəgi bəlli dəiyldir, ancaq Muqtəda Əl-Sədr bu barədə səssiz qalmayacaq. BayBak xatırladır ki cənab Sistani Türkmənlərin torpağ olan Kərkükün Kürdlərə verilməsinin qarşısında olan yetkililərdən olubdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar