SON XƏBƏRLƏR

Avroparlamentin üzvləri:Rusiya ruhlansa, digər qonşularına da təcavüz edə bilər

2021.10.20, 07:36
Avroparlamentin üzvləri:Rusiya ruhlansa, digər qonşularına da təcavüz edə bilər

Gunaz.tv
Avroparlamentin üzvləri: Rusiya ruhlansa, digər qonşularına da təcavüz edə bilər Rusiyanın Gürcüstana təcavüzü Avropa Birliyində ciddi narahatlığa səbəb olub. Avropa siyasətçiləri Rusiyanın Cənubi Qafqazdakı davranışının Moskvanın keçmiş SSRİ respublikalarına qarşı da siyasətinin sərtləşməsinə aparıb çıxaracağından ehtiyat edirlər. Avqustun 20-də Avropa Parlamentinin xarici siyasət komitəsinin üzvü, almaniyalı deputat Elmar Brok Rusiya tərəfindən ən yaxın qonşularının ərazisinə müdaxilə ehtimalı olduğunu bildirib:"Əgər Gürcüstanda sabitliyin pozulması uğurlu olsa, növbəti addım Azərbaycanda və ya Ukraynada sabitliyin pozulması olacaq" ("Turan"). AR agentliyinin xəbərinə görə, Avroparlamentin digər bir üzvü, "yaşıllar"ın nümayəndəsi Cem Özdemir də oxşar fikir bildirib. Onun fikrincə, Cənubi Osetiyada hadisələrin inkişafı Rusiyanı regionda növbəti hərbi əməliyyatlara ruhlandıracaq: "Dağlıq Qarabağ münaqişəsi gərginləşsə, Rusiyanın iddialarını bir daha nümayiş etdirmək üçün yenidən Cənubi Osetiya modelinə əl atacağı təhlükəsi var". C.Özdəmir Avropa Birliyinin Rusiya siyasətini tənqid edərək ziddiyyətli və "bir qədər sadəlövh" adlandırıb: "Rusiyaya təzyiq göstərmək lazım deyil, amma birgə fotosessiyalar və danışıqlarla Moskvanı başqa cür davranışa sövq edə biləcəyini ehtimal etmək çox sadəlövhlükdür".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar