SON XƏBƏRLƏR

Rusiya SSRİ-nin yolu ilə gedir... _Rusiyanın "Yabloko" partiyasının lideri Sergey Mitroxin hesab edir ki, Rusiya dəqiq və ardıcıl şəkildə SSRİ-nin taleyini təkrar edir

2021.10.20, 07:36
Rusiya SSRİ-nin yolu ilə gedir... _Rusiyanın "Yabloko" partiyasının lideri Sergey Mitroxin hesab edir ki, Rusiya dəqiq və ardıcıl şəkildə SSRİ-nin taleyini təkrar edir

Gunaz.tv
Rusiya SSRİ-nin yolu ilə gedir... "Yabloko": Süqutuna doğru Rusiyanın "Yabloko" partiyasının lideri Sergey Mitroxin hesab edir ki, Rusiya dəqiq və ardıcıl şəkildə SSRİ-nin taleyini təkrar edir. "Baxın, SSRİ-nin süqutu ərəfəsində nələr baş vermişdisə, indi Rusiyada onlarla üzləşir. Sovet qoşunlarının Əfqanıstana girməsi, enerji daşıyıcılarının qiymətinin artması, Moskva Olimpiadası, silahlanma yarışı və SOİ (SMT/ strateji müdafiə təşəbbüsü) proqramının rellaşmasına başlanılması. İndisə müasir tendensiyalara baxaq: Rusiyanın Gürcüstana girməsi, Soçidə Olimpiada, Polşada RƏM qurulması, enerjidaşıyıcılarının qiymətinin artması. Beləliklə, tarix təkrar olunur, lakin bu dəfə Rusiya dağılacaq". Mitroxin hesab edir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyarsa, bu, ümumiyyətlə, fəlakətə səbəb olacaq:"Sxinvali və Suximinin nümunəsində Rusiyanın bir sıra milli respublikaları RF-dən çıxmalarını və öz suserenliklərini elan edə bilərlər". Onun sözlərinə görə, Rusiya ərazi bütövlüyü prinsipindən çıxış etməyə borcludur. Bu zaman Moskva indiki münaqişənin iştirakçıları haqqında deyil, öz gələcək taleyi haqqında düşünməlidir:"Rusiyada olduqca çox sayda bel ərazilər var ki, nəzəri cəhətdən nə vaxtsa Cənubi Osetiya və Abxaziyanın yolu ilə gedə bilərlər. Biz bilmirik ki, 10, 15, 20 ildən sonra nə olacaq, bu gün bele presedentlər yaratmaq təhlükəlidir". express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar