SON XƏBƏRLƏR

ELÇİBƏYİN MƏZARI ZİYARƏT EDİLİB. İSA QƏMBƏRİN FİKRİNCƏ, HAKİMİYYƏT MƏCBUR OLUB ELÇİBƏY YOLU İLƏ GEDƏCƏK

2021.10.20, 07:36
ELÇİBƏYİN MƏZARI ZİYARƏT EDİLİB. İSA QƏMBƏRİN FİKRİNCƏ, HAKİMİYYƏT MƏCBUR OLUB ELÇİBƏY YOLU İLƏ GEDƏCƏK

Gunaz.tv
ELÇİBƏYİN MƏZARI ZİYARƏT EDİLİB. İSA QƏMBƏRİN FİKRİNCƏ, HAKİMİYYƏT MƏCBUR OLUB ELÇİBƏY YOLU İLƏ GEDƏCƏK elchibeyiziyaret-foro11.jpg Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatının 8-ci ildönümü ilə əlaqədar Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiya üzvləri, milli azadlıq hərəkatının keçmiş fəalları bu gün Fəxri Xiyabanda onun qəbrini ziyarət ediblər. Eks-prezidentin qəbri üstünə çiçəklər qoyulub, ruhuna dua oxunub, qəbri başında dövlət himni ifa edilib. «Əbülfəz Elçibəyə ədalətsiz münasibət hələ də davam edir, mövcud hakimiyyət hələ də onun haqlarını tapdayır. Görünür, hakimiyyət Elçibəy adının uca olmasından narahatdır» deyə Ə.Kərimli iqtidarın eks-prezidentin statusunu tanmamasından danışarkən vurğulayıb. İ.Qəmbər çıxışında deyib ki, onlar Elçibəy yolunun yolçularıdır: «Bu, Elçibəy yoludur ki, biz gedirik və hakimiyyət də məcbur olub bu yolu gedəcək, çünki gediləsi başqa yol yoxdur». KXCP-nin sədr müavini Bəybala Əbil də Ə.Elçibəyin qanuni haqlarının gerçəkləşməməsində mövcud iqtidarı ittiham edib, iqtidarın Elçibəy şəxsiyyətindən və adından qorxduğunu bildirib: «Amma burda bir məsələ var ki, Elçibəy xalqı sevərək haqqa yetib, odur ki, bu uca məqamdan onu endirmək mümkün deyil». mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar