SON XƏBƏRLƏR

NATO GÜRCÜSTANIN HAVA MƏKANINI NƏZARƏTƏ GÖTÜRÜR

2021.10.20, 07:36
NATO GÜRCÜSTANIN HAVA MƏKANINI NƏZARƏTƏ GÖTÜRÜR

Gunaz.tv
NATO GÜRCÜSTANIN HAVA MƏKANINI NƏZARƏTƏ GÖTÜRÜR Gürcüstan müdafiə nazirinin müavini Batu Kutiliya bu gün jurnalistlərə deyib ki, NATO və ABŞ ölkənin hava hücumundan müdafiə sistemini yenidən quracaq. «Media forum»un məlumatına görə, açıqlamanı avqustun 22-də NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons və Şimali Atlantika blokunun Avropadakı silahlı qüvvələrinin baş komandanı, amerikalı general Con Kreddokla görüşdən sonra verən nazir müavini bildirib ki, yeniləşmiş sistem Gürcüstanın hava məkanını istənilən uçan obyektdən tam qorumaq imkanı yaradacaq. Nazir müavini NATO-nun Gürcüstanın müdafiə infrastrukturunun yenidən qurulmasına ümumilikdə 7 istiqamət üzrə tam dəstək vermək öhdəliyi götürdüyünü də əlavə edib. Avqustun 8-dən başlayan Rusiya-Gürcüstan müharibəsində ölkənin bir çox şəhəri, o cümlədən paytaxt Tbilisi aviasiya hücumlarına məruz qalıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar