SON XƏBƏRLƏR

Qarabağda qədim yeri aşkarlanıb_Arxeoloji qazıntılar zamanı lll-Vlll əsrlərə aid qala divarları üzə çıxıb

2021.10.20, 07:36
Qarabağda qədim yeri aşkarlanıb_Arxeoloji qazıntılar zamanı lll-Vlll əsrlərə aid qala divarları üzə çıxıb

Gunaz.tv
Qarabağda qədim yeri aşkarlanıb Arxeoloji qazıntılar zamanı lll-Vlll əsrlərə aid qala divarları üzə çıxıb Qarabağ ərazisində böyük bir abidə aşkar edilib ki, hazırda burada qazıntılar aparılır. Bu barədə məlumat Arxeologiya və Etnoqrafiya İnstitutundan verilib. Ağcabədi-Ağdam yaxınlığında yerləşən abidə Ağcabədi rayonunun ərazisinə daxildir. Qədim yaşayış məskəni çoxtəbəqəlidir. Burada həm erkən orta əsrlərə, həm də tunc dövrünə aid yaşayış yeri aşkar edilib. Qazıntılar zamanı lll-Vlll əsrlərə aid möhtəşəm qala divarları aşkar edilib. Orta əsr yazılı mənbələrində həmin ərazidə şəhər mövcud olduğu göstərilirsə də, bu vaxta kimi həmin şəhər məlum deyildi. N.Müseyblinin məlumatına görə, bu qazıntı göstərir ki, böyük ehtimalla həmin şəhər yeri arxeoloqlarımızın aşkar etdiyi abidədir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar