SON XƏBƏRLƏR

Türk Dünyası Ölkələrinin yurnalist Assosiasiyası yaradılacaq

2021.10.20, 07:36
Türk Dünyası Ölkələrinin yurnalist Assosiasiyası yaradılacaq

Gunaz.tv
Türk Dünyası Ölkələrinin Yurnalist Assosiasiyası yaradılacaq Türk Dünyası Ölkələrinin Yurnalist Assosiasiyasının yaradılması ilə bağlı razılıq protokolu imzalanacaq. Bu barədə APA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri yaxın günlərdə Türkiyəyə səfəri zamanı bu ölkənin Yurnalistlər Cəmiyyətində görüş keçirəcəyini və bu görüşdə Türk Dünyası Ölkələrinin Yurnalist Assosiasiyasının yaradılması ilə bağlı razılıq protokolu imzalayacaqlarını deyib. Onun sözlərinə görə, belə bir qurumun yaradılması təşəbbüsü Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Yurnalistlər Cəmiyyətinə məxsusdur. A.Amaşov sözügedən qurumun tezliklə yaradılacağına və türk dünyası ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar