Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Rusiya beynəlxalq birliyin güclü təzyiqləri altında öz qüvvələrini Gürcüstan ərazilərindən çıxarmağa başlasa da, dünən rusların bu addımının sadəcə aldadıcı manevr olduğunu göstərən hadisələr baş verib. Əvvəlcə Rusiya Tiflisin 70 kilometrliyində yerləşən və dağıdılmış Qori şəhərindən hərbi texnika və əsgərləri Cənubi Osetiya istiqamətində geri çıxarmağa başlayıb. Həmçinin Gürcüstanın əsas neft limanı olan Potiyə yeridilmiş rus hərbi texnikası və əsgərləri geri çəkilirdi. Lakin dünən Rusiya qoşunları yenidən Gürcüstanın Potinin girəcəyində mövqe tutublar. Xəbər verilir ki, rus əsgərləri şəhərin girəcəyində səngər qazır və topların ağzını şəhərə doğru çevirirlər. Həmçinin Rusiyanın bir neçə zirehli maşını Potiyə gedən yeganə quru yolundakı körpünü bağlayıb. Zirehlilərin başqa bir qrupu meşə yaxınlığında mövqe tutub. Qeyd edək ki, Poti Azərbaycan neftinin tranzitində mühüm məntəqədir. Limanda Azərbaycana məxsus Kulevi terminalı da yerləşir. Limanın direktoru Alan Midlton BBC-yə bildirib ki, ruslar limanın infrastrukturunu dağıdırlar və gürcü gəmilərini partladırlar. “Buranın bombalanması infrastrukturun bir hissəsinə ziyan vurub. Elektrik təchizatı bir müddətə sıradan çıxarılıb. Ofislər bir-bir partladılıb. Terminaldakı konteynerlərə və buradakı yük maşınlarına ziyan dəyib. Bəzi neft anbarları partlayışların baş verdiyi yerlərə çox yaxın idi. Onlara dəyən ziyan qiymətləndirilməlidir. Hazırda mən zərəri dəyərləndirə bilmərəm. Lakin onun miqyası göründüyü kimi, böyükdür”. Rusiya uzunmüddətli işğala hazırlaşır Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstanla atəşkəs razılaşmasının əldə edilməsində vasitəçilik etmiş Fransa prezidenti Nikola Sarkozi ilə telefon danışığı zamanı əvvəlcə ona vəd verdi ki, qoşunlar avqustun 18-də çıxarılacaq. Lakin bu vaxtdan iki gün keçsə də Rusiya qoşunları Gürcüstan ərazilərini tərk etmədi, Sarkozi ikinci dəfə Medvedyevlə telefon danışığı zamanı ondan öz vədini yerinə yetirməyi tələb etdi və bu dəfə Kreml rəhbəri qoşunların avqustun 22-nədək çıxarılacağını bildirdi. Ancaq göründüyü kimi, Rusiya qoşunlarının Gürcüstan ərazilərini yaxın günlərdə tərk etmək planları yoxdur, əksinə, orada uzun müddət qalmaq niyyətindədirlər. Bir sıra müşahidəçilər Rusiya prezidenti Dmitri Medvedyevin Rusiya qoşunlarını Gürcüstandan cümə gününədək çıxarmaq vədinə baxmayaraq, Rusiya hərbçilərinin daha uzunmüddətli işğala hazırlaşdıqlarını bildirirlər. Gürcüstan prezidenti Mixail Saakaşvili deyib ki, Rusiya hərbi qüvvəsi bir sıra yerlərdə əsgərlərin və texnikanın sayını azaltsa da, əvəzində başqa, yeni strateji məntəqələrdə mövqelərini möhkəmlədir. O deyib ki, “ruslar dünyanı barmaqlarına dolayıblar”. Avropa İttifaqı tərəfindən dəstəklənən sülh sazişinə əsasən istər ruslar, istərsə də gürcülər öz hərbi qüvvələrini 7 avqust münaqişəsindən əvvəlki mövqelərinə çəkməlidirlər. Bu müqaviləyə əsasən, Rusiya hərbi qüvvələrinə həmçinin Cənubi Osetiyanı dövrələyən 7 kilometrlik zolaqda qalmaq icazəsi verilir. Lakin Gürcüstanın Poti limanı Cənubi Osetiyadan 150 kilometr aralıdadır. Qoşunların çıxdığı görüntüsü yaradılır, ancaq Qoridə hələ də ruslar hökmranlıq edir Rusiya əsgərləri həmçinin tərk etdiklərini iddia etdikləri Qori şəhərinin həndəvərlərində də mövqelərini möhkəmlədirlər. Paytaxt Tiflisin 50 kilometrliyində olan İqoeti məntəqəsində də eyni vəziyyət hökm sürür. Rusiyanın Gürcüstanın ərazisi olan Cənubi Osetiyada 18 zastava qurmaq niyyəti Moskvanın bu bölgədə bəlkə də həmişəlik qalmaq niyyətindən xəbər verir. Bu arada “Röyter” agentliyi Rusiya qoşunlarının və ağır texnikasının bir hissəsinin Cənubi Osetiyadan Rusiyaya tərəf çıxdığını xəbər verib. Agentliyin operatoru Cənubi Osetiyanın baş şəhəri Sxinvalidə onlarca Rusiya tankının cənubdan qayıtmasını görüb. “İnterfaks” agentliyi isə xəbər verib ki, tanklardan və zirehlilərdən ibarət karvan üzü şimala - Rusiyaya doğru hərəkət edir. Lakin bildirilir ki, çıxarılan - Cənubi Osetiya bölgəsinə yeridilmiş qüvvələrin az bir hissəsidir. Belə görünür ki, Rusiya bununla qoşunların çıxarılması görüntüsünü yaratmaq istəyir. “Röyter” agentliyinin digər məlumatına görə, ruslar hazırda Gürcüstan ordusundan ələ keçirdikləri ağır texnikanı Rusiyaya daşımaqla məşğuldurlar. Bildirilir ki, Avropa Birliyi diplomatlarını ən çox maraqlandıran Rusiyanın BMT Təhlükəsizlik Şurasının Fransa tərəfindən təklif olunmuş qətnaməsini rədd etməsinin səbəbləridir. Halbuki bu qətnamə əsas etibarilə rusların artıq imzaladıqları 6 bəndli Sarkozi planının təkrarı idi.Qərb diplomatları narahatdırlar ki, Moskva artıq həmin sülh planında ona Gürcüstanda daha uzun müddətə qalmaq imkanı verən zəif müddəalar tapıb. Rusiyanın ən mühüm ticarət partnyoru olan Almaniya Gücüstandakı vəziyyəti tamamilə qeyri-qənaətbəxş adlandırıb. Ağ Evin sözçüsü Qordon Condrou isə bəyan edib ki, Gürcüstanı tərk etmək üçün ruslara heç bir əlavə vaxt tanınmamalıdır. Rus generalları Dağlıq Qarabağ ətrafındakı “təhlükəsizlik zolağı”ndan nümunə götürür Rusiya mətbuatı isə ordu komandanlığına istinadən yazıb ki, qoşunların Gürcüstandan çıxarılması ilə bağlı planlar dəyişib. Belə ki, qoşunları ölkə ərazisini bütünlüklə tərk etməyəcək və Cənubi Osetiyanın ətrafında təhlükəsizlik zolağı yaradılacaq. Bu zaman Rusiya generaliteti Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarının vaxtilə erməni qüvvələri tərəfindən tutulması və bununla da separatçı bölgənin ətrafında təhlükəsizlik zolağının yaradılmasından nümunə götürüblər. Cənubi Osetiyanın ətrafında təhlükəsizlik zolağının yaradılacağını Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Aleksandr Noqovitsin da təsdiq edib. Onun sözlərinə görə, həmin bölgə üzərində Gürcüstan aviasiyasının uçuşlarına icazə verilməyəcək. Gürcüstan mətbuatı da rus qoşunlarının ölkə ərazisini tərk etmədiyini, sadəcə, yerdəyşmə etdiyini xəbər verir. Fransa səfiri və AŞ PA üzvləri saxlanıldı Dünən Rusiya hərbçiləri AŞ PA Monitorinq Qrupunun rəhbərləri Matiaş Erşini və Kastriot İslamini Qoriyə buraxmayıblar. Onları Tiflisdən çıxarkən 35 kilometrlikdəki İqoeti qəsəbəsi yaxınlığında saxlayıblar. Erşi bu vəziyyəti anormal adlandırıb və deyib ki, Avropa Şurasının tarixində ilk dəfə bir ölkə digərinin ərazilərini işğal edir. Erşi deyib ki, Qoriyə jurnalistlərin də buraxılmamasını başa düşmür. “Biz hər şey edəcəyik ki, ruslar Gürcüstandan çıxsın” - deyə Erşi bildirib. “Bu, əsl işğaldır, Avropa Rusiyaya sərt reaksiya verməlidir”. Bildirilir ki, ruslar İqoeti kəndi yaxınlığında bir amerikalı jurnalisti saxlayıblar və bildiriblər ki, onu buraxmaq fikrində deyillər. Gürcüstan Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya da deyib ki, ruslar Poti və Qori ilə yanaşı Zuqdudi, Senaki, Kareli və Xaşuri şəhərlərində də qalır. Onun bildirdiyinə görə, ruslar Qoridə Şido Kartli regionunun qubernatorunu da saxlayıblar və müdaxilədən sonra azad ediblər. Lomaya rusların Qoridə əhaliyə humanitar yardım paylanmasını da əngəllədiyini bildirib. İş o yerə çatıb ki, ruslar Qorinin girəcəyində Fransanın Tiflisdəki səfiri Erik Furnyeni də saxlayıblar. Yerli gürcü administrasiyasının nümayəndələri bildiriblər ki, diplomat xidməti avtomobilində Saçxeri şəhərinə gedərkən saxlanılıb. Səfir bir müddət sonra buraxılıb. Saakaşvili qaçmaq istəyib? “Komsomolskaya pravda” qəzetində dərc edilmiş yazıda isə deyilir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili rusların Tiflisə yaxınlaşdığı vaxt ölkədən qaçmaq istəyib. Bu barədə gürcü politoloq Ramaz Klimiaşvili prezident administrasiyasındakı mənbəyə istinadən bildirib. Onun iddiasına görə, Saakaşvili Amerikadan onu aparmaq üçün təyyarə xahiş edib. Rusiya qoşunlarının Tiflisi tutmaq təhlükəsi yarananda Amerika rəsmiləri bu xahişə reaksiya veriblər, lakin sonradan təhlükə sovuşub. Amerika və Gürcüstan rəsmi mənbələri isə bu iddianı şərh etmir. Saakaşvili rus qoşunlarının Tiflisə doğru irəlilədikləri günlərdə dəfələrlə bildirib ki, paytaxtı son damla qanına qədər qoruyacaq. Xəbər verildiyi kimi, Türkiyə bir neçə gün davam edən danışıqlardan sonra Amerika hərbi gəmilərinin Gürcüstana humanitar yardım çatdırmaq üçün Qara dəniz sularına daxil olmasına icazə verib. Bildirilir ki, Ağ Ev Yunanıstan sahillərində üzən “Makfol” və “Dallas” atom sualtı qayığının Gürcüstana göndərilməsi üçün Pentaqona təzyiq edir. Bu barədə Amerika mətbuatı yazıb. Həmçinin hazırda Merilend ştatı sahillərində olan “Komfort” üzən hospitalının da Gürcüstana göndərilməsi nəzərdən keçirilir. Gəmi Gürcüstan sahillərinə beş həftəyə çata bilər. Bu gəminin avqustun 22-də yola çıxacağı gözlənilir. ABŞ Dövlət Departamenti isə məlumat yayıb ki, Türkiyə Bosfor və Dardanel boğazlarından 3 Amerika gəmisinin Qara dənizə keçməsinə icazə verib. Bildirilir ki, Pentaqon Gürcüstandakı 17 Amerika hərbi təlimatçısının çıxarılmasını və İraqa göndərilməsini təklif edib. Lakin Ağ Ev buna qarşı çıxaraq bildirib ki, hərbi təlimatçıların çıxarılması ABŞ-ın öz müttəfiqini atması kimi başa düşülə bilər. Pentaqonun rəsmi məlumatına görə, avqustun 20-də humanitar yardım əməliyyatlarını koordinasiya etmək üçün briqada generalı Con Miller Tiflisə gəlib. Onunla birlikdə Amerikanın Avropadakı komandanlığının ekspertləri də Gürcüstana gəliblər. Həmçinin həmin gün Almaniyadakı Ramşteyn Amerika hərbi hava bazasından 12 hərbi-nəqliyyat təyyarəsi Gürcüstana uçub. Bu təyyarələrin humanitar yardım gətirdiyi bildirilir. Pentaqon vəd edir ki, Amerika münaqişədən sonra Gürcüstanın hərbi qüdrətinin bərpasına kömək göstərəcək. Bu barədə məlumatı Amerika generalı Con Craddok verib. O deyib ki, ABŞ Gürcüstana ən azı terrorla müharibədə tərəfdaşı kimi yardım göstərməlidir: “Heç şübhəsiz onlar belə bir köməklik üçün özləri də bizə müraciət edəcəklər”. Tiflisə səfərə hazırlaşan general Craddok bildirib ki, o, səfərdə olarkən Gürcüstanın ehtiyaclarını öyrənəcək. Rus generalı Amerikanın yardımını ələ salır: “Tualet kağızını gürcü əsgərləri qaçanda göndərmək lazım idi” Rusiya isə ABŞ-ın Gürcüstana göndərdiyi humanittar yardımları ələ salır. Dünən Baş Qərargahdan general Noqovitsin bildirib ki, onların məlumatlarına görə, Amerika təyyarələrinin Tiflisə gətirdiyi humanitar yardımlar arasında çoxlu miqdarda tualet kağızı və digər gigiyena vasitələri olub. “Biz hesab edirik ki, amerikalılar tualet kağızını göndərməkdə gecikliblər, onu vaxtında, gürcü əsgərləri geri qaçanda göndərmək lazım idi” - deyə general istehza ilə bildirib. Moskva NATO ilə əməkdaşlığı kəsdi Xəbər verildiyi kimi, NATO Rusiyanın Gürcüstan ərazilərinin işğal etməsinə cavab olaraq bu ölkə ilə münasibətlərə yenidən baxmaq və məhdudlaşdırmaq barədə qərar verib. Həmçinin alyans Gürcüstanı öz sıralarına daxil etmək üçün fəaliyyətlərin intensivləşəcəyini bəyan edib. NATO-nun bu addımına cavab olaraq Rusiya bəyan edib ki, alyansla hərbi əməkdaşlığı dayandırır. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Moskva NATO ilə əməkdaşlığı dayandırmaq haqda qərar verib. Onun sözlərinə görə, dəyişikliklər Rusiya və Şimali Atlantika alyansı arasında hərbi əməkdaşlığa da toxunacaq. Dünən məlum olub ki, Rusiya NATO-dakı səfiri Dmitri Roqozini də geri çağırıb. Rusiya həmçinin bildirib ki, Amerikanın Polşa ərazisində raketdən müdafiə sistemi yaratmasına sərt cavab verəcək. Rəsmi Moskvanın mövqeyinə görə, sözügedən addım Avropada və ondan kənarda yeni silah yarışına start verir. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Polşada yaradılan bu sistemin yeganə hədəfi Rusiyanın qitədaxili ballistik raketləridir. Xarici siyasət idarəsi təfərrüatlara varmadan xəbərdar edib ki, Moskva bu hərəkətin cavabını diplomatik etirazlardan daha artığı ilə verəcək. Xatırladaq ki, Amerika Polşada yaratdığı sistemin Rusiyaya deyil, əsasən İrana qarşı olduğunu bildirir. Bu arada isə Amerika prezidenti Corc Buş bir daha bəyan edib ki, Gürcüstandan ayrıldığını elan etmiş Cənubi Osetiya və Abxaziya Gürcüstanın əraziləri olaraq qalır. Floridada Amerika müharibə veterenları qarşısında çıxış edən Buş deyib ki, rus qoşunlarının Gürcüstandan çəkilməsini təmin etmək üçün Birləşmiş Ştatlar özünün NATO müttəfiqləri ilə birgə işləyəcək və Rusiya ilə münasibətlərinə yenidən baxacaq. O söz verib ki, Amerika Gürcüstanı və onun xalqını müdafiə edəcək. “Cənubi Osetiya və Abxaziya Gürcüstanın bir hissəsidir. Birləşmiş Ştatlar Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün öz müttəfiqlərilə birgə işləyəcək” - deyə Buş bildirib. Britaniyanın xarici işlər naziri Devid Milibend isə bəyan edib ki, Gürcüstanın NATO-ya üzvlük prosesi artıq başlayıb. Onun sözlərinə görə, Gürcüstan-NATO komissiyasının yaradılması o deməkdir ki, alyans Gürcüstanla və onun silahlı qüvvələri ilə daha sıx əməkdaşlıq edəcək. Bu arada separatçı Cənubi Osetiya və Abxaziya bölgələri dünən rəsmən Rusiyaya müstəqilliklərinin tanınması ilə bağlı müraciət ediblər. Gözlənilir ki, Rusiya Dövlət Duması bu müraciətə yaxın günlərdə baxacaq. Xarici işlər naziri Sergey Lavrov isə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınacağını istisna etmir. Onun sözlərinə görə, bu, Saakaşvilinin özünü necə aparmasından asılı olacaq. Bununla belə, Lavrov Saakaşvilinin özünü məhz necə aparmalı olduğu haqda heç nə deməyib. Burcanadze Saakaşviliyə qarşı müxalifətə keçir Gürcüstanda isə Rusiya qoşunlarının çəkilməsindən sonra Saakaşvili müxalifətin və keçmiş tərəfdaşlarının güclü təzyiqləri qarşısında qala bilər. Parlamentin keçmiş spikeri Nino Burcanadze bildirib ki, Saakaşili Cənubi Osetiya ilə bağlı baş verənlərə görə siyasi məsuliyyət daşıyır və ölkədə vəziyyət sabitləşən kimi o, Gürcüstandakı digər siyasi qüvvələrlə məsləhətləşmələr aparıb hakimiyyətə qarşı addımlarını müəyyən edəcək. Yapon qəzetlərindən birinə müsahibəsində Burcanadze Saakaşvilinin əhalinin dəstəyini itirdiyini və ona qarşı müxalifətə keçdiyini deyib. Bununla belə, deyib ki, onun siyasi kursu ölkənin NATO-ya üzvlüyü yönündə olacaq. Bəzi məlumatlara görə, Rusiya Saakaşvilinin yerində Burcanadzeni görmək istəyir. Bildirilir ki, xarici işlər naziri Sergey Lavrov Amerika rəsmiləri ilə danışıqlar zamanın Saakaşvilinin getməsini tələb edib, Kreml işarə edib ki, onun yerində Burcanadzeni görmək istərdi. Qeyd edək ki, Burcanadze Rusiya qoşunlarının təcavüzünü kəskin pisləyib və Moskvanın Gürcüstandan bu yolla qisas aldığını deyib. BTC ilə neft nəqli qismən bərpa olunub Qeyd edək ki, Gürcüstanda yaranmış vəziyyətlə bağlı Azərbaycan neftinin bu ölkədən nəqli dayanıb. Dünən məlum olub ki, bu ölkə ilə sərhəddə neftlə dolu 20 qatar dayanıb. Onlar Gürcüstanda Poti limanına aparan dəmir yol xətti üzərindəki körpünün bərpasını gözləyirlər. “SOCAR Georgian” şirkətinin baş direktorunun ANS -ə verdiyi məlumata görə, Potidəki Kulevi neft terminalı işini davam etdirir, sonuncu dəfə avqustun 20-də Kulevi terminalından 35 min tonluq tanker neftlə yüklənərəq, Avropa istiqamətinə göndərilib. “Ayın 11-də təxminən yük götürmə qabiliyyəti 6 min olan 1 tanker yola salınmışdı, hazırda 35 minlik tanker gəlib və doldurulur. Ehtiyatda olan mal kifayət qədərdir və 100 min tondandan çoxdur. Terminalda Dövlət Neft Şirkətinin kollektivi işləyir. Ancaq Azərbaycan tərəfdən yüklərin gəlməsi dayandırılıb və belə ümid edirik ki, yaxın günlərdə bərpa olunacaq. Bizim bütün yanacaqdoldurma məntəqələrimiz öz adi iş rejimində, hətta deyərdim ki, gücləndirilmiş iş rejimində işləyir” - deyə M.Məmmədov bildirib Digər məlumata görə, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neftin nəqli qismən də olsa bərpa olunub. Bu barədə “APA-Economıcs”ə hasilat işləri ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru “bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib. “Biz belə bir qərara gəldik ki, neftin nəqlini bərpa edərək BTC-nin Türkiyə hissəsində boru kəmərinin bərpa edilmiş hissələrini sınaqdan keçirək. Hazırda neft məhdud həcmdə və arabir nəql olunur”, - deyə T.Bayatlı bildirib.T.Bayatlı həmçinin qeyd edib ki, neftin tam həcmlə nəqli sınaq başa çatdıqdan sonra bərpa olunacaq. Qeyd edək ki, avqustun 6-da səhər saatlarında BTC-nin Türkiyə hissəsində boru kəmərinin 30-cu siyirtmə qurğusunda yanğın baş verib. Nəticədə neftin nəqli dayandırılıb. F.MƏMMƏDOV musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər