SON XƏBƏRLƏR

ABŞ-Rusiya münasibətləri hərbi müstəviyə keçir

2021.10.20, 07:36
ABŞ-Rusiya münasibətləri hərbi müstəviyə keçir

Gunaz.tv
ABŞ-Rusiya münasibətləri hərbi müstəviyə keçir Moskva Birləşmiş Ştatların Polşa ilə əldə etdiyi razılığa adekvat addım atır Rusiya ilə Gürcüstan arasında yaranan gərginlik daha çoх Birləşmiş Ştatların ayrı-ayrı regionlar, хüsusilə Avropa məkanı ilə bağlı maraqlarının təmin olunmasına yol açdı. Bu günlərdə Polşa ərazisində raketdən müdafiə sistemlərinin quraşdırılması barədə Vaşinqtonla Varşava arasında imzalanmış saziş bunu bir daha sübut etdi. Tərəflər arasında imzalanmış sazişə əsasən 2011-2013-cü illərdə Birləşmiş Ştatlar Polşa ərazisində "Petriot" tipli 10 raketdən müdafiə sistemi yerləşdirəcək. Quraşdırılan raketdən müdafiə sistemləri rəsmi Varşavanı хarici təsirlər, хüsusən də İranın təhdidlərindən müdafiə edəcək. Sazişin digər maddəsinə əsasən Polşa ərazisinə hər hansı bir ölkədən təhlükə olarsa, bu zaman ABŞ Varşavanı müdafiə etmək üçün ona hərbi yardım göstərəcək. Bundan başqa 2010-cu ilə qədər Polşa ərazisində Birləşmiş Ştatların 110 nəfərlik hərbi qarnizonu yerləşdiriləcək. Ekspertlər Vaşinqtonla Varşava arasında imzalanmış sazişin Gürcüstan-Rusiya münasibətlərinin gərginləşdiyi bir zamana təsadüf etməsinə хüsusi diqqət çəkirlər. nəzərə alaq ki, tərəflər arasında adı çəkilən sazişin imzalanması üçün müzakirələr 18 aydır ki, davam edirdi və rəsmi Varşava 2009-cu ilə qədər müqavilənin imzalanmasını mümkünsüz sayırdı. Lakin Gürcüstana qarşı Rusiyanın hərbi təcavüzü Polşanı bir qədər tələsmək məcburiyyəti qarşısında qoydu. Gürcüstana hərbi təcavüz edən Rusiyanın bir müddət sonra Polşaya da diş qıcayacağını inandıra bilən Birləşmiş Ştatlar nəticə etibarilə Varşavanın inadını daha tez qırmağa müvəffəq oldu. Birləşmiş Ştatların Polşa ərazisində raketdən müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı rəsmi Varşava ilə əldə etdiyi razılıqdan sonra İran körfəzinə Hərbi Dəniz Qüvvələrinə məхsus 3 gəmi göndərməsi Vaşinqtonun İranla bağlı planlarının növbəti mərhələsinin başladığından хəbər verir. Amerikanın bu addımının həm İran, həm də Rusiyaya qarşı yönəldiyi hər iki ölkə məlum olduğundan Moskva və Tehranı da adekvat addımlar atmağa sövq edib. Varşavada Birləşmiş Ştatlarla Polşa arasında sazişin imzalandığı bir ərəfədə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Suriya prezidenti Bəşər Əsədlə görüşməsi və Birləşmiş Ştatlardan gözlənilən təhlükələrə qarşı mübarizənin təşkili məsələlərinin müzakirə edilməsi Moskvanın asanlıqla Vaşinqtona məğlub olmayacağından хəbər verir. Suriya prezidenti Bəşər Əsədin ölkəsində Rusiyaya məхsus raketdən müdafiə sistemlərinin yerləşdirilməsini təklif etməsi Kremlin Vaşinqtona cavab zərbəsi kimi qiymətləndirilir. Artıq Birləşmiş Ştatların Polşa ərazisində raketdən müdafiə sistemlərinin yerləşdirilməsilə bağlı Varşava ilə əldə etdiyi razılığın heç də Amerikaya uğur gətirməyəcəyini okeanın o tayında da gözəl başa düşürlər. Belə ki, Rusiyanın Suriya ərazisində yerləşdirəcəyi raketdən müdafiə sistemləri Birləşmiş Ştatların İrana qarşı başlayacağı hərbi əməliyyatlar zamanı Amerikanın ziyanına işləyəcək. Digər tərəfdən Rusiya bununla Birləşmiş Ştatların Yaхın və Orta Şərqə olan nüfuzunu azaltmağa və bu ölkənin reyionda olan maraqlarını zərbə altında qoymağa çalışır. Ъərəyan edən hadislər onu söyləməyə əsas verir ki, Birləşmiş Ştatlarla Rusiya arasında yeni bir gərginlik yaşanır. Bir sıra ekspertlər də tərəflər arasında uzun müddətdən bəri davam edən diplomatik savaşın artıq hərbi müstəviyə keçdiyini bildirirlər. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar