SON XƏBƏRLƏR

VƏHABİ İCMASIYLA ƏLAQƏSİ OLDUĞU EHTİMAL EDİLƏN BİZNES QURUMLARI İLƏ BAĞLI ARAŞDIRMALARIN BAŞLANDIĞI BİLDİRİLİR

2021.10.20, 07:36
VƏHABİ İCMASIYLA ƏLAQƏSİ OLDUĞU EHTİMAL EDİLƏN BİZNES QURUMLARI İLƏ BAĞLI ARAŞDIRMALARIN BAŞLANDIĞI BİLDİRİLİR

Gunaz.tv
VƏHABİ İCMASIYLA ƏLAQƏSİ OLDUĞU EHTİMAL EDİLƏN BİZNES QURUMLARI İLƏ BAĞLI ARAŞDIRMALARIN BAŞLANDIĞI BİLDİRİLİR Əbu Bəkr məscidində partlayış nəticəsində 19 nəfər xəsarət alıb, 2 nəfər həlak olub. Həlak olanlar 1957-ci il təvəllüdlü Bakı şəhər sakini Vaqif Qüdrət oğlu Abbasov və 1984-cü ildə anadan olmuş Ağsu rayon sakini Təyyar Nadir oğlu Vəliyəddinovdur. Bu barədə məlumat verən paytaxt prokurorunun köməkçisi Ramiz Rzayev «Turan»a bildirib ki, hazırda Cinayət Məcəlləsinin 283.1 maddəsiylə milli, irqi və ya dini düşmənçiliyin salınmasında günahlandırılaraq həbs olunmuş Emin Rəsulovun Əbu-Bəkr məscidində törədilmiş cinayətdə iştirak edib-etməməsi araşdırlır. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən «Turan»a bəlli olduğuna görə, hazırda terror, düşmənçilik, dini ədavətin qızışdırılması və digər versiyalar üzrə istintaq hərəkətləri davam etdirilir. Eyni zamanda, vəhabi icmasıyla əlaqəsi olduğu ehtimal edilən biznes qurumları ilə bağlı araşdırmalar başlanıb. İstintaq həmçinin məsciddə partlamış qumbaranın haradan əldə edilməsi ilə bağlı da araşdırmaları davam etdirir. Avqustun 17-də paytaxtın Nərimanov rayonunda yerləşən Əbu-Bəkr məscidinə qumbara partlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi ilə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Respublika Prokurorluğunun yüksək səviyyəli mütəxəssislərindən ibarət istintaq qrupu yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar