SON XƏBƏRLƏR

Azərbaycan Pekin Olimpiadasında daha bir medal qazanıb

2021.10.20, 07:36
Azərbaycan Pekin Olimpiadasında daha bir medal qazanıb

Gunaz.tv
Azərbaycan Pekin Olimpiadasında daha bir medal qazanıb ds2.jpg Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. «APA-SPORT» agentliyinin məlumatına görə, 96 kq çəkidə yer alan yığmamızın osetiyalı legioneri Georgi Tibilovu (Ukrayna) məğlub edib. Bununla da, X. Qazyumov Pekin Olimpiadasında bütün 7 çəkidə çıxış edən Azərbaycan sərbəst güləşçiləri arasında yeganə medal sahibi olub. 96 kq çəkidə digər bürünc medalı Georgi Qoqşelidze (Gürcüstan) əldə edib. Olimpiya çempionu adını isə finalda Taymuraz Tigiyevi məğlub etmiş Şirvani Muradov (Rusiya) qazanıb. Beləliklə, ölkəmiz Olimpiadada qazandığı medalların sayını 6-ya çatdırıb. Hazırda Olimpiya yığmamızın hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal var. Digər sərbəst güləşçilərimizdən Namiq Sevdimov (55 kq) və Zəlimxan Hüseynov (60 kq) 5-ci, Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) 7-ci, Emin Əzizov (66 kq) 12-ci, Çamsulvara Çamsulvarayev (74 kq) isə 15-ci yeri tutublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar