SON XƏBƏRLƏR

TƏBRİZDƏ ŞƏHRİYARA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

2021.10.20, 07:36
TƏBRİZDƏ ŞƏHRİYARA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

Gunaz.tv
TƏBRİZDƏ ŞƏHRİYARA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB ds3.jpg Avqustun 20-də Təbrizdə 250 nəfər incəsənət xadiminin iştirakı ilə «Şəhriyar və musiqi» adlı böyük ədəbi-bədii gecə keçirilib. Məlumata görə, tədbir iki hissədən ibarət olub. Birinci hissədə Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığı, şəxsiyyəti, dünyagörüşü, Şəhriyar şeirinin Azərbaycan və fars musiqisinə təsiri barədə məruzələr oxunub. İkinci hissədə gənc şairlər Azərbaycan dilində yazdıqları şeirləri oxuyublar. Daha sonra Azərbaycan və fars musiqilərini səsləndirən 15 musiqi qrupu çıxış edib. Tədbirə bir çox Azərbaycan və fars ziyalıları qatılıb. Məşhur təbrizli şair Yəhya Şeyda və Şəhriyarın oğlu Hadi Behcət Təbrizlinin də iştirak etdiyi ədəbi-bədii gecədə Şəhriyarın «Ey-vay, anam» şeiri əsasında hazırlanmış tamaşa da göstərilib. Tədbir Təbriz Musiqi Evinin təşəbbüsü və Şərqi Azərbaycan vilayəti İslami İrşad İdarəsinin dəstəyi ilə keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar