SON XƏBƏRLƏR

PƏRVİZ MÜŞƏRRƏF TÜRKİYƏDƏN SIĞINACAQ İSTƏYƏ BİLƏR

2021.10.20, 07:36
PƏRVİZ MÜŞƏRRƏF TÜRKİYƏDƏN SIĞINACAQ İSTƏYƏ BİLƏR

Gunaz.tv
PƏRVİZ MÜŞƏRRƏF TÜRKİYƏDƏN SIĞINACAQ İSTƏYƏ BİLƏR Pakistanın keçmiş prezidenti əvvəlcə Məkkəni ziyarət edəcək 4102.jpg Müxalifətin təzyiqi ilə istefa verən Pakistan prezidenti Pərviz Müşərrəf Türkiyədən sığınacaq istəyə bilər. Bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti xəbər yayıb. İslamabaddakı yüksək rütbəli Qərb diplomatına istinad edən qəzet yazıb ki, Müşərrəf sığınacaq almaq üçün iki ölkəni-Britaniyanı və Türkiyəni nəzərdən keçirir. Britaniyanın Xarici İşlər Nazirliyi bu xəbəri şərh etməyib. Bildirilir ki, Müşərrəfin ilk planı Məkkəyə gedərək Həcc ziyarətini gerçəkləşdirməkdir. Bəzi məlumatara görə, Səudiyyə Ərəbistanına aid təyyarə hazırda Müşərrəfi aparmaq üçün İslamabad aeroportunda gözləyir. Lakin Səudiyyə Ərəbistanı rəsmiləri Müşərrəfin bu ölkəyə sığınmaq planlarını təkzib edib, bildirilib ki, Pakistanın keçmiş prezidenti Həcc ziyarəti üçün ölkəyə gələcək, ancaq onun Ər-Riyadda yaşamaq niyyəti yoxdur. Məlumata görə, gözlənilir ki, Müşərrəf Londona, yaxud Ankaraya elə Səudiyyə Ərəbistanından gedəcək və bir daha ölkəsinə dönməyəcək. Xəbər verildiyi kimi, Pakistan parlamentində yerlərin üçdə ikisinə nəzarət edən müxalifət koalisiyası Müşərrəfə qarşı impiçment barədə razılığa gəlib. Məhkəmə qarşısında dayanmaqdan xilas olmaq üçün Müşərrəf könüllü istefa variantını seçib. Onun istefasını artıq parlament qəbul edib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar