SON XƏBƏRLƏR

İRANda SORĞU-SUALA TUTULAN DAXİLİ İŞLƏR NAZİRİ MƏHKƏMƏYƏ ŞİKAYƏT EDİB

2021.10.20, 07:36
İRANda SORĞU-SUALA TUTULAN DAXİLİ İŞLƏR NAZİRİ MƏHKƏMƏYƏ ŞİKAYƏT EDİB

Gunaz.tv
SORĞU-SUALA TUTULAN DAXİLİ İŞLƏR NAZİRİ MƏHKƏMƏYƏ ŞİKAYƏT EDİB elikurdan1.jpg Əli Kürdan İran prezidentinin yaxın adamı kimi tanınan qatı mühafizəkar, yeni daxili işlər naziri Əli Kürdanın fəxri doktor adını saxta yolla alması haqda ittihamlardan başlayan qalmaqal şiddətlənib. «Media forum» saytının məlumatına görə, Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi avqustun 19-da jurnalistlərə açıqlamasında bildirib ki, Ə.Kürdan onun doktorluq dərəcəsini şübhə altına alanlardan şikayət edib. Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olması haqda versiyanı bir neçə həftə əvvəl İran hakimiyyətinə yaxın saytlardan biri yayıb. Məlumatı yaydıqdan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutublar və fəxri doktorluq dərəcəsini hardan aldığı haqda ondan izahat istəyiblər. Ə.Kürdan fəxri doktorluq dərəcəsini ABŞ-ın Oksford Universitetindən aldığını desə də, ötən həftə bu təhsil ocağı təkziblə çıxış edib və qalmaqal yenidən qızışıb. Parlamentdə və Təhsil Nazirliyində bu yöndə təhqiqat davam edir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar