SON XƏBƏRLƏR

Təbriz-də iki öyrənci tutulub, tutulanların sayı artmaqdadır

2021.10.20, 07:36
Təbriz-də iki öyrənci tutulub, tutulanların sayı artmaqdadır

Gunaz.tv
Təbriz-də iki öyrənci tutulub, tutulanların sayı artmaqdadır arrested.jpg Son günlərdə Fars rejimi Azərbaycan biliyurdlarına saldırıların çoxaldıb və bir çoxlu öyrəncini yersiz ittihamlarla tutub. Aldığımız bilgilərə görə, Mənsur Əminiyan və Məqsud Əhdi dünən tutulub və bəlirsiz yerə aparılıblar. Tutlan öyrəncilərin ittihamlari bəlli olmayıb və harda saxlandıqlarından xəbər əldə yoxdur. Daha öncə tutulan bir çoxlu Türk öyrəncısi hələdə zindandalar, onlardan çox az sayısı ağır vəsiqə qoyaraq geçici olaraq buraxılıblar. İşkəncəyə məruz qalan öyrəncilərdən biri, ağır duruma düşdükdən sonra tədavi üçün geçici olaraq özgür buraxılıb. Cənab Həmid Valaiy-nin 4 dişin sındırıb, damağın yaralayıb və sağ ayağın təhlükəli şəkildə əziblər. BayBak artırır ki Fars rejimi yeni planlarında bəzən Türkçü olmayan öyrənciləridə çeşitli ittihamlara görə tutub və zindana salır. Bu işdən iki hədəf əldə edən Fars hakimiyəti, çalışır ta Türkçülərin arasında şubhə yaradsın və millətçi olmayan öyrənciləri bilərək Azərbaycan milli hərəkatına daxil etsin. Bu vəsilə ilə milli fəallari diqqətli olmağa çağıraraq, yayılan xəbərlərin doğru olmasi üçün bilgisi olanlara səslənirik. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar