SON XƏBƏRLƏR

BİRİNCİ «ANA FƏRYADI» ABİDƏSİ HARDADIR?

2021.10.20, 07:36
BİRİNCİ «ANA FƏRYADI» ABİDƏSİ HARDADIR?

Gunaz.tv
BİRİNCİ «ANA FƏRYADI» ABİDƏSİ HARDADIR? anaferyadi.jpg Bu ildən Xocalı soyqırımı qurbanlarının anma mərasimləri ölkə paytaxtında yeni «Ana fəryadı» abidəsinin qarşısında keçirilir. 2007-ci ilin sonu, 2008-ci ilin əvvəlində Bakının Xətai rayonu ərazisində abidə kompleksi yenidən qurulub, 1993-cü ildə qoyulmuş «Ana fəryadı» abidəsi götürülərək əvəzinə yenisi qoyulub və 25 min kvadratmetr ərazidə bərpa işləri aparılıb. «Media forum» saytı «Ana fəryadı» abidəsinin ilkin variantının aqibəti ilə maraqlanıb. Xətai Rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Pənah İmanov saytın əməkdaşı ilə söhbətində bildirib ki, əvvəlki abidə Bakının gözəl guşələrindən birində, paytaxtın başqa rayonlarından birinin ərazisində qurulacaq: «Hələ yer bəlli deyil, bu həftənin sonuna qədər məlum olacaq». P.İmanov heykəlin hazırda harada olduğu barədə məlumat verməyib, ancaq birinci «Ana fəryadı» abidəsinin münasib şəraitdə saxlandığını bildirib: «Bu bizim milli faciəmizin simvoludur və ona hər zaman hörmət bəslənilir. Eyni zamanda bir yaradıcılıq nümunəsidir». Şöbə müdirinin sözlərinə görə, hazırkı abidənin müəllifləri Rüstəmovlardır: «Üç nəfərdirlər – Teymur və Mahmud qardaşları və onların atası Sabir. Sabir Rüstəmov həmçinin «Bəhram Gur» heykəlinin müəlliflərindən biridir. Rüstəmovlar eyni zamanda Ukrayna dairəsində yerləşən parkda ucaldılan Heydər Əliyev heykəlinin yaradıcılarıdır». İkinci soyqırım abidəsinin uzunluğu ümumilikdə 8 metrdir. Heykəl 3, postament isə 5 metrdir. P.İmanovun sözlərinə görə, abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb: «Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub. Sadəcə birinci heykəltaraş körpəni ananın başı üzərində, ikinci heykəltaraş isə qolları üstündə təsvir edib». Birinci «Ana fəryadı» heykəlinin müəllifinə gəlincə, onu heykəltaraş Elçin Muxtarov ərsəyə gətirib. P.İmanovun sözlərinə görə, hazırda onun Sankt-Peterburqda yaşadığı deyilir: «Yenidənqurma işləri apararkən Elçin müəllimi axtardıq ki, müəyyən məsləhətlər alaq, amma tapa bilmədik».mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar