SON XƏBƏRLƏR

Günry Azərbaycanda imza toplama kampaniyası davam edir

2021.10.20, 07:36
Günry Azərbaycanda imza toplama kampaniyası davam edir

Gunaz.tv
Günry Azərbaycanda imza toplama kampaniyası davam edir 214.jpg Məqsəd: Qanunsuz olaraq İran adlanan yerin ETTELLAT-ı tərəfindən həbs edilən tələbələrin və milli hərəkat fəallarının azadlığa buraxılmasına nail olmaqdır Güney Azərbaycanda həbs olunan tələbə və milli hərəkat fəallarının azadlığa buraxılması imza toplama kampaniyasi davam edir. Güneydən daxil məlumata görə, son günlərdə ziyalı, siyasi və ictimai şəxsiyyətlər, Öyrənci hərəkatının fəalları Təbriz Universitetindən və Güney Azərbaycanın universitetlərindən həbs edilən və cəzalandırılan tələbələrin müdafiə edərək onların dərhal azadlığa buraxılmasını tələb edirlər. Imza kampaniyasını aparanlar bildirirlər ki, Təbriz Universitetinin tələbəsi Səccad Radmehr, Aydın Xaceyi, Fəraz Zehtab, Daryuş Hatəmi, Vədud Əsədi və bir çox Güney Azərbaycanın milli haqlarını müdafiə edən soydaşımız İran ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır fiziki və ruhi işəgncələrə məruz qalmaqdadırlar. Onların heç bir günahı olmadan həbs edilərək heç bir hüquq müdafiəçisi ilə təmin edilmədən ailələri və yaxınları ilə görüşməyə belə imkan verilməməklə yanaşı onların əksəriyyətinin harada və hansı durumda olduqları heç kimə bildirilmir. Qeyd edək ki, son məlumata görə, hazırda 750 nəfərdən imza toplanılır. Fars şovinist rejiminin təzyiqlərini və əngəllərinə baxmayaraq imza tpolama kampaniyası davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar