SON XƏBƏRLƏR

ƏRDOĞAN QARABAĞDAN DANIŞIB: «16 İLDİR MİNSK QRUPUNUN HƏLƏ DƏ BİR NƏTİCƏ ƏLDƏ EDƏ BİLMƏMƏSİ BİZİ DÜŞÜNDÜRÜR»

2021.10.20, 07:36
ƏRDOĞAN QARABAĞDAN DANIŞIB: «16 İLDİR MİNSK QRUPUNUN HƏLƏ DƏ BİR NƏTİCƏ ƏLDƏ EDƏ BİLMƏMƏSİ BİZİ DÜŞÜNDÜRÜR»

Gunaz.tv
ƏRDOĞAN QARABAĞDAN DANIŞIB: «16 İLDİR MİNSK QRUPUNUN HƏLƏ DƏ BİR NƏTİCƏ ƏLDƏ EDƏ BİLMƏMƏSİ BİZİ DÜŞÜNDÜRÜR» 2008-08-21 - 10:24:00 Avqustun 20-də prezident İlham Əliyevlə görüşündən sonra bəyanatla çıxış edərkən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan deyib ki, Gürcüstanda yaşanan son hadisələr sülhə, sabitliyə və rifaha təsir edəcək, hətta bunu təhdid edəcək vəziyyət yaradıb və bu, narahatlıq doğurur: «Görüşlərimizdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmək imkanı oldu. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsinin vacibliyini bir daha vurğuladıq. Biz Türkiyə olaraq bu münaqişənin sülh yolu ilə həllini arzu edirik. Bu istiqamətdə bütün səyləri, fəaliyyəti dəstəkləyirik. Ancaq 16 ildir Minsk qrupunun hələ də bir nəticə əldə edə bilməməsi, həqiqətən, bizi düşündürür». Ərdoğan bildirib ki, keçən həftə Moskvaya və Tbilisiyə səfəri zamanı Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təklifini irəli sürüb: «Qafqazda sülh, təhlükəsizlik və sabitliyin tam bərqərar olması baxımından bu platformanın gerçəkləşdirilməsinin vacibliyini düşünürük». Daha sonra Türkiyənin baş naziri Azərbaycanın da qoşulmasını xüsusilə istədiyi bu təklifin əsas prinsiplərini açıqlayıb: «İlk növbədə bu platforma coğrafi əsasda olmalıdır. Platforma bölgənin sülh və təhlükəsizliyini hədəfləməli, iqtisadi işbirliyini və enerji təhlükəsizliyini təmin etməlidir. Bu platforma ATƏT-in prinsiplərinə əsaslanmalı və istənilən problemin birgə həllini və idarəetmə mexanizmini əhatə etməlidir. Platforma bölgədə sabitlik və əməkdaşlığı daha da gücləndirəcək. Hər hansı bir problem, sıxıntı yaşandıqda isə bunları bu platformanı qəbul edən ölkələr əsas prinsiplər və mexanizmlərlə həll etməlidir». Ərdoğanın Bakıya işgüzar səfəri birgünlük olub. Avqustun 20-si axşam o, vətəninə qayıdıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar