SON XƏBƏRLƏR

Berlin və Drezdendə "Azərbaycan-Odlar Yurdu"

2021.10.20, 07:36
Berlin və Drezdendə "Azərbaycan-Odlar Yurdu"

Gunaz.tv
Berlin və Drezdendə "Azərbaycan-Odlar Yurdu" berlin.jpg Sərgidə muğam sənətinin əsas musiqi alətləri nümayiş olunacaq Avqust ayından noyabr ayınadək Almaniyada "Azərbaycan ili" çərçivəsində Berlin Etnologiya Muzeyində və 2008-ci ilin noyabr ayından 2009-cu ilin mart ayınadək Drezden Etnologiya Muzeyində maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Sərgidə ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış əvəzsiz tarixi-mədəni dəyər kəsb edən eksponatlardan "Şüşə qab", "Tunc qolbaq", "Tunc boyunbağı", "Küp", "Məcməyi", eləcə də UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" siyahısına daxil edilən muğam sənətinin əsas alətləri-tar, kaman, qaval, habelə zurna, ney, qoşanağara kimi musiqi alətləri nümayiş olunacaq. Bu barədə "OLAYLAR"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. "Azərbaycan-Odlar Yurdu" adlı sərgidə bununla yanaşı "Əkinçi" qəzetinin ilk sayı, dekorativ tətbiqi sənətinin tikmə, xalçaçılıq, milli geyim nümunələri də təqdim olunacaq. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar