SON XƏBƏRLƏR

Devid Milibend: “Gürcüstanın NATO-ya daxil olması prosesi başlayıb”

2021.10.20, 07:36
Devid Milibend: “Gürcüstanın NATO-ya daxil olması prosesi başlayıb”

Gunaz.tv
Devid Milibend: “Gürcüstanın NATO-ya daxil olması prosesi başlayıb” Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend bəyanatla çıxış edərək Gürcüstanın NATO-ya daxil olması prosesinin başladığını bildirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Milibend Gürcüstan-NATO komissiyasının yaradılması anından formal prosesin başladığını vurğulayıb. Britaniya xarici işlər naziri qeyd edib ki, komissiyanın yaradılması NATO-nun Gürcüstan hökuməti və onun silahlı qüvvələri ilə sıx əlaqələr təklif etdiyini göstərir. Milibend alyansa təkcə Gürcüstanı deyil, eləcə də Ukraynanı qəbul etməyi doğru saydığını vurğulayıb. Xatırladaq ki, Gürcüstan-NATO komissiyasının yaradılması barədə qərar Şimali Atlantika bloku üzvü olan ölkələrin xarici işlər nazirlərinin avqustun 19-da keçirilən iclasında qəbul edilib. Komissiya ölkə iqtisadiyyatına və infrastrukturuna vurulan zərərin miqdarını müəyyənləşdirəcək və Gürcüstana göstərilən köməyi koordinasiya edəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar