Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Rusiya qoşunları beynəlxalq ictimaiyyətin güclü təzyiqlərindən sonra nəhayət, işğal edilmiş Gürcüstan şəhərlərindən geri çəkilir, ancaq Abxaziya və Cənubi Osetiya ilə yanaşı, ölkənin bir sıra yaşayış məntəqələri və strateji əhəmiyyətli kommunikasiya qovşaqları hələ də rusların nəzarəti altında qalır. Rusiya qoşunları avqustun 19-da axşamdan başlayaraq dağıdılmış Qori şəhərindən çıxmağa başlayıblar. Lakin şəhərdə hələ də rus hərbçilərinin postları və zirehli texnika qalır. Ölkənin Qara dənizə açılan Poti limanında isə ruslar sözün əsl mənasında ağalıq edirlər. Xəbər verildiyi kimi, bir gün əvvəl Gürcüstanın ən iri neft limanı olan Potidə həyəcanlı saatlar yaşanıb. Rusiya qüvvələri Potiyə soxularaq ticarət və hərbi limanlara gedən yolları bağlayıblar. Onlar Gürcüstanın hərbi dəniz donanmasına məxsus “Diaskuriya” adlı ən təkmil gəmilərdən birini yedəyə qoşaraq gözdən uzaq yerə aparıblar. Bundan bir qədər sonra isə “Assoşeyted Press” xəbər agentliyinin fotomüxbiri rusların 20-dək gürcü əsgərini gözləri bağlı halda apardıqlarının şahidi olub. Ruslar bundan əlavə, portda Amerikaya qaytarılmasını gözləyən 4 “Humvee” markalı hərbi avtomaşını da aparıblar. Bu maşınlar müharibədən az əvvəl Gürcüstan-Amerika hərbi təlim məşqlərində iştirak etmişdi. ABŞ maşınları geri tələb edir Dünən Amerika administrasiyası bəyanat yayaraq Gürcüstanda bu ölkəyə məxsus hərbi maşınların müsadirə edilməsindən qəzəb ifadə edib. Ağ Evin təmsilçisi Qordon Condro hadisəni şərh edərkən deyib ki, əgər Gürcüstanda Amerikaya məxsus hansısa texnika müsadirə edilibsə, dərhal geri qaytarılmalıdır. Condro bu tələbin Rusiyaya rəsmən çatdırılacağını bəyan edib. Qeyd edək ki, həmin gün Rusiya ilə Gürcüstan arasında əsirlərin mübadiləsi olub. Rusiya 20-yə yaxın gürcü əsgərini 12 hərbçisinin müqabilində geri qaytarıb. Lakin göründüyü kimi, elə həmin gün ruslar Gürcüstanı alçaltmaq üçün Potiyə hücum edərək, 20 əsgəri əsir götürüblər. Dünənə olan məlumatlara görə, əsir götürülən əsgərlər Senaki şəhərində saxlanılırdı, əvvəlcə onların qaytarılacağı bildirilsə də, sonradan ruslar fikrini dəyişib. Bildirilir ki, strateji hərbi və iqtisadi əhəmiyyəti olan Poti limanına hələ də ruslar nəzarət edir. Rusiya Baş Hərbi Qərargahının nümayəndəsi, general-leytenant Anatoli Noqovitsin Moskvada jurnalistlərə bildirib ki, rus əsgərləri Potidə yerli hakimiyyət strukturlarının bərpa olunmasını gözləyir, ona görə də ərazini tərk etmirlər. Noqovitsin rusların hələ də əsir götürməsi faktlarını “başıpozuq gürcü əsgərlərinin” zərərsizləşdirilməsi zərurəti ilə izah edib. Anatoli Noqovitsin bəyan edib ki, Rusiya hərbi bölmələri Potidə inzibati hakimiyyət bərpa olunanadək qalacaqlar. O, dəqiq vaxt bildirməyib. Bundan əvvəl də Gürcüstan əsgərlərinin həbs edilməsi ilə bağlı suallara cavab verərkən general bildirib ki, “bunlar heç bir nəzarət altında olmayan döyüşçülər olublar” . Rusiya qoşunları Senaki hərbi hava bazası yaxınlığında fəaliyyətlərini davam etdiriblər.Tiflisə ən yaxın İqoyeti qəsəbəsində isə ruslar yoxlama məntəqəsini söksələr də, özləri yerlərindən tərpənməyiblər. Bu postdan iki yüz metr aralıda gürcü postu yerləşir. Bu postdakı gürcü polislər İqoyetidəki rus postunun üzərinə etiraz yürüşü edən gürcü tələbələri ora buraxmayıblar.Tələbələrin əllərindəki plakatlarda “Rusiya qoşunlarının rədd olması” tələb edilirdi. Dünən prezident Mixail Saakaşvili bildirib ki, Rusiya qoşunları planlı şəkildə Gürcüstandakı mülki infrastrukturu məhv edir və işğalçılıq fəaliyyətlərini davam etdirir. NATO-nun bəyanatını Moskvada “boş söz” sayırlar Xəbər verildiyi kimi, avqustun 19-da NATO xarici işlər nazirləri Brüsseldə təcili toplanaraq Gürcüstanla bağlı vəziyyəti müzakirə ediblər. ABŞ alyansın Rusiyaya qarşı sərt tədbirlərə əl atmasına çalışırdı, lakin bəzi üzvlər buna etiraz ediblər və nəticədə Rusiyaya nisbətən yumşaq təzyiq formaları seçilib. Hansı ki, onları Moskvada dərhal “boş sözlər” kimi qiymətləndiriblər. NATO xarici işlər nazirləri adından yayılan bəyanatda deyilir ki, rus qoşunları Gürcüstan ərazisindən tamamilə çıxmayınca Moskva ilə müntəzəm münasibətlərdən söhbət gedə bilməz və Rusiyanın münaqişə zonasında hərəkətləri ciddi qiymətləndirməyə məruz qalacaqdır. NATO bildirib ki, bundan belə, Moskva ilə münasibətlər sanki heç nə baş verməyibmiş kimi davam etdirilə bilməz. Alyans üzvləri bundan başqa, birgə NATO-Gürcüstan forumunun məqsədəuyğunluğu barədə yekdil qərara gəliblər. NATO-nun baş katibi Sxeffer bildirib ki, bu forum eynilə Ukrayna-NATO forumu formatında fəaliyyət göstərəcək. Lakin baş katib əlavə edib ki, bu forumun yaradılması Gürcüstanın qeyd şərtsiz olaraq Şimal Alyansına üzvlüyünü şərtləndirmir. NATO-nun baş katibi qoşunların çıxarılacağı barədə vədini Rusiya nümayəndələrinə xatırladıb. NATO-nun bu yığıncağı ərəfəsində Vaşinqton üzv ölkələri heç olmasa nazirlər səviyyəsində Rusiya ilə münasibətləri dayandırmağa çağırmışdı. Lakin Britaniya başda olmaqla, bir sıra ölkələr bunun əks-nəticə verə biləcəyini söyləyiblər. Britaniyanın xarici işlər naziri Deyvid Milibend deyib ki, lazım gələrsə, “Böyük Səkkizlər” , “Böyük Yeddilər” kimi də fəaliyyət göstərə bilər, lakin Rusiyanın təcrid edilməsi yaxşı heç nə vəd etmir. NATO-nun sammitində səslənən tənqidlərə ilk olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov reaksiya verib. O, NATO xarici işlər nazirlərinin təcili müşavirəsində razılaşdırılmış sənədi “qərəzli və qeyri-obyektiv adlandırıb”. Lavrov deyib ki, NATO “Mixail Saakaşvilinin cinayətkar rejimini” xilas etməyə çalışır. O deyib ki, qoşunların çıxarılması 3-4 günə başa çata bilər, lakin hər şey Gürcüstan tərəfinin atəşkəs şərtlərinə əməl etməsi ilə bağlı olacaq. Ariel Koen: “Gürcüstanın qonşuları ”rus ayısı”nı qəzəbləndirməsin” Vaşinqtondakı “Heritage” Fondunun eksperti Ariel Koen isə BBC-yə müsahibəsində deyib ki, Gürcüstanın digər qonşuları ondan nümunə götürməlidir. Çünki onlar NATO üzvü olmadıqlarına görə alyansın hərbi dəstəyinə bel bağlaya bilməzlər. Koen deyib ki, Rusiyanın Gürcüstanı işğalı keçmiş Sovet İttifaqında, xüsusilə də Qafqazda güc balansını dəyişir: “Rusiya qoşunları Potinin və dəmiryolu daşımalarının fəaliyyətini pozmaqla indi yalnız Gürcüstanı deyil, həm də Azərbaycanı və Ermənistanı hədələyir. Bu, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında müharibə başa çatdıqdan sonra hadisələrin ən pis hərbi inkişafıdır. Dünya bu məsələyə çox ciddi yanaşır. Biz anlamalıyıq ki, dirçələn Rusiya yalnız Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün təhlükədir. Və həm də Avropa üçün təhlükədir”. Koenə görə, Gürcüstanın qonşuları bu ölkənin başına gətirilənlərdən dərs götürməlidir. Onun sözlərinə görə , qonşular üçün o deməkdir ki, “rus ayısı”nı lazımsız yerə qəzəbləndirmək olmaz: “NATO qarantiyan yoxdursa, öz hərbi gücünə arxalan, sivil müdafiə təşkil et, xalq müqaviməti yarat ki, xarici təcavüzkar bilsin: yalnız hərbiyyə deyil, bütün xalq vuruşmağa hazırdır. Həmçinin qonşu ölkələr üçün öyrənilməli dərslər odur ki, NATO-nun üzvü olmamağın səni ”rus ayısı"nın qəzəbindən çox az halda qoruya bilər. Yəni Moskva ilə birbaşa hərbi müdaxilədən çəkin". Amerikalı ekspert deyib ki, burada köhnə hərbi dərslər hələ də keçərlidir, bu dərslər isə odur ki, beynəlxalq təşkilatlar və Avropanın üstün tutduğu beynəlxalq müqavilə rejimi mühümdür, amma kifayət deyil. Onun sözlərinə görə, Gürcüstan da münaqişədən öyrəndi ki, Avropa Birliyi ritorika baxımından çox şey, amma fiziki müdafiə baxımından çox az şey edə bilər. Koen əlavə edib ki, Sovet İttifaqı dağılandan sonra Rusiya alçaldılmışdı və indi öz qonşularını alçaldaraq dizləri üstə ayağa qalxır. Türkiyədən ABŞ gəmilərinə yaşıl işıq Lakin Rusiya Koenin dediyi kimi, təkcə qonşularını yox, həm də Amerikanı alçaldır. Çünki Amerikanın Rusiyaya qarşı istifadə edə biləcək heç bir ciddi mexanizmi qalmayıb, təkcə Moskvada “boş sözlər” kimi dəyərləndirilən bəyanatlardan və diplomatik təsir vasitələrindən başqa. Qətiyyən ağlabatan deyil ki, Rusiya Gürcüstanı çökdürməklə Xəzər regionunun nəhəng neft-qaz ehtiyatları uğrunda inhisarını təmin etdiyi, bütün regionu öz nəzarəti altına aldığı və ABŞ-ın illərlə apardığı siyasəti cəmi bir neçə günün içində heçə endirdiyi bir vaxtda bu bəyanatlardan və ya diplomatiyadan çəkinib geri addım atsın. İndiki halda, ABŞ-ın Gürcüstana heç humanitar yardımlar çatdırmaq imkanları da kifayət deyil. Gürcüstana yardım üçün göndərilən və hospital kimi istifadə edilən iki Amerika hərbi gəmisini Türkiyə Bosfor və Dardanel boğazlarından dünən gecə buraxıb. Tiflisdən bugünlərdə geri dönən ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, Türkiyə ilə gəmilərin keçidinə dair danışıqlar aparb. Diplomat deyib ki, sözügedən məsələdə Montre konvensiyasına istinad edilir. Bu konvensiyaya görə boğazlardan su tutumu 15 min tondan çox olan gəmilərin keçməsi qadağandır: “Konvensiyada belə deyilir, biz də ona riayət edəcəyik, ona görə də Türkiyə ilə Amerika arasında hazırda hansısa böhran yarandığı haqda danışmaq düzgün deyil”. Brayza deyib ki, Vaşinqton Ankara ilə boğazlardan Gürcüstana humanitar yardım çatdıra biləcək müxtəlif tipli gəmilərin keçidini müzakirə edir: “Danışıqlar davam edir və hələlik pis getmir”. Brayza əlavə edib ki, Türkiyənin Rusiyanın Gürcüstana təcavüz etdiyi bir vaxtda Qafqazda stabillik paktı təklif etməsi onu çox təəccübləndirib: “Məni bu təklif barədə məlumatlandırmayıblar, xüsusən sözügedən təklifdə Rusiyanın iştirakı bir qədər qəribə gəlir”. Bununla belə, diplomat əlavə edib ki, ABŞ və Türkiyə çox sıx əməkdaşlıq edə bilər, çünki onların Qafqazda ortaq maraqları var. Medvedyevdən Sarkoziyə vəd: Qoşunlar avqustun 22-nədək çıxacaq Bu arada Gürcüstanla Rusiya arasında atəşkəs razılaşmasında vasitəçi rolunu oynayan Fransa prezidenti rus qoşunlarının çıxarılmasının ləngiməsi ilə bağlı yenidən prezident Dmitri Medvedyevlə telefon əlaqəsi saxlayıb. Qoşunların avqustun 18-də çıxarılacağına vəd verən Medvedyev bu dəfə deyib ki, Rusiya öz “sülhməramlı qüvvələrinin” böyük hissəsini avqustun 22-nədək çıxaracaq. Bu qüvvələrin bir hissəsi Rusiyaya qaytarılacaq, bir hissəsi isə gürcü-osetin münaqişəsi bölgəsində yerləşdiriləcək. Rusiya prezidenti vəd edib ki, qoşunların çıxarılması avqustun 22-nədək başa çatacaq. Qeyd edək ki, Rusiya Cənubi Osetiya və Abxaziyaya üst-üstə 25 minlik hərbi kontingent yeridib. Bu qüvvələrin bir hissəsi Gürcüstan ərazilərinin içərilərinə doğru irəliləyib. Ona görə də Rusiyanın qoşunların çıxarılması dedikdə nəyi nəzərdə tutduğu hələ aydın deyil, çünki Moskvadan işarə edirlər ki, Abxaziya və Cənubi Osetiyadakı qoşunların böyük hissəsi oranı tərk etməyəcək. Rusiya artıq bu bölgələri Gürcüstanın ərazisi hesab etmir. Lakin Fransa prezidentinin mətbuat xidmətindən yayılan bəyanatda deyilir ki, Gürcüstan ərazilərində qalan rus hərbçilərinin sayının 500-dən çox olmaması haqda Rusiya prezidenti öhdəlik götürüb. Rusiyanın Federasiya Şurası isə avqustun 25-də keçirəcəyi təcili iclasında Gürcüstanın separatçı bölgələrinin müstəqilliyinin tanınması ilə bağlı məsələ müzakirə edə bilər. Bu barədə Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Svetlana Orlova bildirib. Rusiya Avropa Şurasından çıxarıla bilər “Gürcüstanla bağlı məsələ Avropa Şurası (AŞ) Bürosunun bu il sentyabrın 5-də Parisdə keçiriləcək iclasında müzakirə olunacaq”. Bu barədə APA-ya Azərbaycanın AŞ Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. S.Seyidovun sözlərinə görə, AŞ-nin Gürcüstanda yaranmış vəziyyətlə bağlı hansı addımlar atacağı da məhz həmin iclasda məlum olacaq. Qeyd edək ki, AŞ-nin Rusiya ilə bağlı qərar qəbul edərkən bu ölkənin qurumdan çıxarılması variantına üstünlük veriləcəyi də istisna edilmir. Rusiya ordusunun gürcü zabiti həbs edilib Rusiya ordusunun zabiti Mixail Xaçidze Stavropol vilayətində həbs olunub. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, zabit Gürcüstan lehinə casusluq fəaliyyətində ittiham olunur. Saxlanan şəxsə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, Mixail Xaçidze ötən il Gürcüstanda olan zaman casusluğa cəlb olunub, daha sonra isə Rusiya Silahlı Qüvvələri, hərbi birləşmələrin döyüş hazırlığı səviyyəsi barədə məxfi məlumatlar toplamağa başlayıb. Qeyd edək ki, Cənubi Osetiyada hərbi münaqişə başlayan zaman Federal Təhlükəsizlik Xidməti Rusiya ərazisində fəaliyyət göstərən gürcü xüsusi xidmət orqanlarının casus şəbəkəsinin zərərsizləşdirildiyini bəyan etmişdi. Bu fakt üzrə doqquz nəfərin həbs olunduğu bildirilsə də, hadisənin detalları hələ də açıqlanmayıb. Raysın əsəbləri dözmədi: “Rusiya özünü quldur kimi aparır” Rusiyanın öz qoşunlarını Gürcüstandan çıxarmaq üçün hər gün yeni bəhanələr ortaya atması ABŞ dövlət katibi Kondoliza Raysın da əsəblərinə təsir edib. NATO xarici işlər nazirlərinin Brüsseldəki görüşü zamanı birbaşa efirdə çıxış edən Rays deyib ki, Rusiya getdikcə bu münaqişədə özünü quldur kimi aparmağa başlayır: “Bu münaqişədə Rusiya artıq quldura çevrilib. Moskva Fransa tərəfindən təklif olunmuş atəşkəs razılaşmasının bütün bəndlərini pozur, rus qoşunları özlərini qonşu ölkənin ərazisində yaramaz şəkildə aparır”. Rays bir daha bəyan edib ki, Rusiya dərhal öz qoşunlarını Gürcüstandan çəkməlidir. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedyev atəşkəs razılaşmasına dair verdiyi vədləri pozur. ABŞ dövlət katibi NATO-nu yaranmış vəziyyətlə bağlı adekvat tədbirlər görməyə çağırıb. Ekspertlərə görə, Raysın Rusiyanın ünvanına “quldur” ifadəsi işlətməsi onun əsəblərinin tarıma çəkilməsi ilə deyil, həm də ABŞ-ın Rusiyanın etdiklərindən nə dərəcədə qəzəbli olması ilə bağlıdır. Dünən Abxaziya parlamentinin toplantısı olub. Qondarma qurumun “prezidenti” Sergey Boqapş müstəqilliyin tanınması ilə bağlı Rusiyaya, o cümlədən dünya xalqlarına və parlamentlərinə müraciət ünvanlayıb. F.MƏMMƏDOV musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər