SON XƏBƏRLƏR

Şimali Osetiya Cənubi Osetiyanın müstəqilliyini tanıdı

2021.10.20, 07:36
Şimali Osetiya Cənubi Osetiyanın müstəqilliyini tanıdı

Gunaz.tv
Şimali Osetiya Cənubi Osetiyanın müstəqilliyini tanıdı gurcu-tanklar.jpg Şimali Osetiya parlamenti bu gün Rusiya Federasiya Şurasının spikeri Sergey Mironovun da iştirak etdiyi iclasında Cənubi Osetiyanın müstəqilliyini tanınması barədə qərar qəbul edib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, parlament dünya ictimaiyyətinə də müraciət edərək Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb. Parlamentin Rusiya prezidentinə, hər iki parlamentin spikerlərinə və beynəlxalq birliyə ünvanladığı müraciətdə Cənubi Osetiyaya böyük maddi ziyan dəydiyi bildirilir: “Bu ziyan Gürcüstan tərəfindən ödənilməlidir. Baş verən faciənin miqyasını, qurbanların və qaçqınların sayını nəzərə alan, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Şimali Osetiya-Alaniya parlamenti Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsini nəzərdən keçirtməyə çağırır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar